Tibb kollecinin yeni binası
Farmakologiya
Təcrübə
Elmi kitabxana
Mikrobiologiya

İstehsalat təcrübəsi

Kollecdə hər ixtisasa uyğun praktiki dərslər keçirilir.

Təhsil diplomu

Kollecimizi bitirən məzunlara dövlət qeydiyyatından keçmiş diplomlar verilir.

Dövlət İmtahanları

Tədris olunan fənlərə uyğun imtahlar keçirilir.

Zəngin kitabxana

Kollecimizdə tibbi ədəbiyyatlarla zəngin kitabxana fəaliyyət göstərir.

QİÇS-lə bağlı bir günün keçirilməsi ilə bağlı təklifi 1987-ci ilin avqust ayında Ceyms Bun və Tomas Netter vermişdir. Hər iki şəxs İsveçrənin Cenevrə şəhərində yerləşən Ümumdünya Səhiyyə Təşkilatının əməkdaşları idi. Bun və Netter ağıllarına gələn fikiri Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə proqramının beynəlxalq direktoru Doktor Man ilə bölüşdülər və Doktor Man tərəfindən fikir bəyənilərək qəbul edilməsi üçün daha geniş müzakirələrə çıxarıldı. Ümümdünya QİÇS günü ilk dəfə 1988-ci ildə qeyd edililmişdir.

San-Fransiskoda jurnalist kimi fəaliyyət göstərmiş Ceyms Bun Ümümdünya QİÇS günü kimi 1 dekabr tarixinin qeyd edilməsini israr edirdi. Bun bildirirdi ki, 1 dekabr hər hansısa bir problemə diqqəti cəlb etmək üçün ən gözəl vaxtdır. Şimali Amerika üçün dekabr ayı ABŞ-da seçkilər ayı kimi məşhur olsada, ümumilikdə bütün dünyada milad bayramının yaxınlaşdığı ay kimi xatırlanır.  İlk iki ildə körpələr və gənc insanlar hədəf qrup kimi götürüldü və təşkil edilən tədbirlərdə daha çox əhalinin bu kəsimi barədə danışıldı. 

Foks qrup kimi uşaqların seçilməsi geniş tənqidlərə səbəb olsada, Qərbi Avropa və Şimali Amerika cəmiyyətlərində QİÇS-in təkcə əxlaqsız həyat tərzi keçirən insanlarda yox, eyni zamanda hər bir insanda ola biləcəyi fikrinin aşılanmasında köməklik etdi. 1996-cı ildə Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə fəaliyyətə başlayan Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə proqramı bu tarixdən etibarən 1 dekabr Ümümdünya QİÇS günündə təşkil ediləcək beynəxlaq tədbir və konfransların koordinasiya işini öz üzərinə götürdü.

Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə proqramı 1997-ci ildə verdiyi qərar ilə təqvimin tək bir gününə fokslanmağın yerinə, il boyu davam edəcək tədbirlərin və görüşlərin keçirilməsini qərarlaşdırıldı. Buna baxmayaraq 1 dekabr tarixi dünya səviyyəsində QİÇS probleminə diqqəti cəlb etmək üçün əsas gün olaraq öz yerini qorumuşdur. Demək olar ki, hər il Roma Papası tərəfindən HİV müsbət olan şəxslərlə bağlı dəstək mesajları yayımlanır. Oxşar məzmunlu mesaj bir necə dəfə II İohann Pavel və XVI Benedikt tərəfindən yayımlanmışdır.

TİBBDƏ BU GÜN

XƏBƏR LENTİ

  aliyev mueum new   nakhchivanaz banner new   imp   turizm banner new 

Bizi sosial şəbəkələrdə izləyin