“Ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinə tövhəsi”

29 sentyabr 2023-cü il tarixdə Naxçıvan Tibb Kollecində  Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər silsiləsindən “Ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinə tövhəsi” mövzusunda 1 kurs tələbələrilə görüş keçirilmişdir. Tədbirdə kollecin direktoru Sona Məmmədova çıxış edərək bildirmişdir  ki, bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.
       Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı.Ümummilli lider Heydər Əliyev gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etdi. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları bu qəbildəndir. Qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib.
          Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.

Sonra kollecin tarix müəllimi Aynur Sevdimalıyeva  “Ümummilli lider Heydər Əliyevin gənclər siyasəti”  mövzusunda çıxış etmişdir

27 sentyabr "Anım Günü" 2023

27 sentiyabr 2023-cü il tarixdə kollecimizdə “ Anım Günü” nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə kollein direktoru Sona Məmmədova açaraq bildirmişdir.Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

Ölkə Prezidentinin imzaladığı Sərəncamda da qeyd edilir: “Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir”

Daha sonra kollecin metodisti Səidə Şahverdiyeva “Ali Baş Komandan ətrafında birləşən Azərbaycan ”  mövzusunda çıxış etmişdir.Tədbirin sonunda “Anım Günü”nə həsr olunmuş videoçarx izlənilmışdır.                                                                           

Bilik Günü 2023

     26 sentyabr 2023-cü il tarixdə Kollecimizdə  Bilik Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirmişdir ki,  Bilik Günü - Azərbaycan təhsil müəssisələrində dərslərin başladığı gün kimi qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir.

      Bu gün tələbə, müəllim və professorların yeni dərs ilinin başlanması bayramıdır. Ənənəvi olaraq, bu gün məktəblərdə dərs ilinin başlanmasına həsr olunmuş təntənəli yığıncaqlar keçirilir.  Payız ən həyəcanlı və təntənəli bayramla başlayır. Üzlərində təbəssüm, əllərində gül dəstələri ilə milyonlarla uşaq, yeniyetmə, tələbə Bilik Saraylarına tərəf axışır. Bu gün onların qarşısında məktəblərin və digər təhsil ocaqlarının qapıları açılacaq, burada artıq təcrübəli müəllimlər bəşəriyyətin mövcud olduğu bütün tarix boyu topladığı bilik sərvətlərini bölüşmək üçün onları gözləyirlər.

Daha sonra kollecin şöbə müdiri Sahibə Quliyeva  və metodist Səidə Şahverdiyeva  tələbələrimizi Bilik Günü münasibətilə təbrik etmiş birinci kursa qəbul olan gənclərimizə kollecdaxili nizam-intizam qaydalarından, tədrisimizin kefiyyətindən, maddi texniki bazamizdan danışaraq onları məlumatlandırmışlar.

Kollecimizin yuxarı kurs tələbələrindən Həsənova Zəhra, Süleymanov Eldəniz, Nurəliyeva Sevgi kollecdə təhsil aldıqları ixtisaslardan, nəyə görə tibb kollecinidə təhsil almaq istədiklərindən və gələcəkdəki təhsillə bağlı planlarından danışmışlar.

       Sonda Ümummilli Liderin Heydər Əliyevin təhsillə və müəllimlə  bağlı dediklərini əks etdirən slayt izlənilmişdir.

100 illik yubuley çərçivəsində "Təhsil millətin gələcəyidir"

25 sentyabr 2023-cü il tarixdə Kollecimizdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən tədbirlər silsiləsindən “Təhsil millətin gələcəyidir” mövzusunda tədbir keçirilmişdir.

            Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirmişdir ki, Azərbaycan təhsilinin inkişafı ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.

Ölkədə yeni ali təhsil müəssisələri açılıb, təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilib, lazımi avadanlıqla təchiz olunub. Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Bütün sahələrə, ocümlədən elm və təhsilə diqqət və qayğı daha da artırıldı. Bu təsadüfi deyildi. Çünki bu dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir.

            Bizdə bir təhsil müəsisəsi olaraq öz üzərimizə düşən vəzifələri və öhtəlikləri layiqincə yerinə yetirməliyik.

Daha sonra kollecin kitabxana müdiri Leyla Əliyeva “Ümummilli Liderin təhsilə qayğısı” mövzusunda çıxış etmişdir.

 

Hüquq yarışması 2023

 

 16 iyun 2023-cü il tarixdə  Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunda  Naxçıvan Muxtar Reapublikasının İnsan Hüquyqları üzrə Müvəkkili (Ombudsman) təşkilatçığı ilə Hüquq yarışması keçirilmiş yarışda Naxçıvan Tibb Kollecinin  5 nəfər tələbəsi iştirak etmişdir. Tələbələrimiz Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən orta ixtisas təhsili müəsisələrinin tələbələri arasında yüksək nəticələrlə fərqlənərək I yerin qalibi olmuşlar, diplom və hədiyyələrlə təltif olmuşlar.

Səhiyyə könüllüləri

Muxtar respublikanın səhiyyə sahəsində bir ilk: Gənclər səhiyyə sahəsində könüllü fəaliyyətə cəlb edilib Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikada ilk dəfə olaraq səhiyyə könüllüləri fəaliyyətə başlayıb. Bu məqsədlə iyunun 25-də "Səhiyyə könüllüləri” adlı tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində baş tutan tədbirdə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov, Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova, muxtar respublikanın qabaqcıl həkimləri, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin həkim rezidentləri və Naxçıvan Tibb Kollecinin tələbəri iştirak edib.

"Respublika Günü"nə həsr olunmuş tədbir

    26 may 2023-cü il tarixdə Naxçıvan Tibb Kollecində “Respublika Günü”nə həsr olunmuş tədbir keçirildi.Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirmişdir. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105 il ötür. 1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı. dövlər atributları qəbul edilib. Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüf ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalaraq, müvəqqəti olaraq devrildi. Sovet Rusiyası Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

Cümhuriyyət çox az müddət mövcud olsa da, Azərbaycan xalqının milli-vətənpərvərlik ruhunun, azadlıq, müstəqillik arzusunun alovlanmasına təkan verdi. Həmin dövrdə mürəkkəb siyasi şəraitdə yaranmış dövləti qoruyub saxlamaq təəssüf ki, mümkün olmadı. Bundan sonra ilk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb. Bununla da müstəqilliyə gedən yolun əsası qoyulub.

   Daha sonra kollecin metodisti Səidə Şahverdiyeva dövrün tarixi hadisələrindən və müstəqillik yolundan bəhs edən çıxış etmişdir.

Təhsil Tələbə Krediti Fondunun maarifləndirmə tədbiri

     12  may 2023-cü il tarixdə Naxçıvan Tibb Kollecində Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Günay Xəlilova kollecin ödənişli əsaslarla təhsil alan tələbələri ilə görüş keçirib. Görüşdə Naxçıvan Tibb Kollecin direktoru Sona Məmmədova, kollecin şöbə müdirləri Vəfa Məmmədova, Sahibə Quliyeva və tələbələr iştirak etmişdilər.

     Maarifləndirmə məqsədilə keçirilən görüşdə Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Günay Xəlilova Fondun fəaliyyət istiqamətləri, təhsil tələbə kreditinə müraciət qaydaları və verilməsi meyarları barədə geniş məlumat verib.Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

H.Əliyev tibbi sığorta haqqında qanunun banisi

    11 may 2023-cü il tarixdə Naxçıvan Tibb Kollecində Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “ Heydər Əliyev – tibbi sığorta haqqında qanunun banisi kimi” mövzusunda tədbir keçrilmişdir.Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq Ümummili Lider Heydər Əliyevin səhiyyə sistemində gördüyü işlərdən və misilsiz xismətlərindən danışmışdır.

      Daha sonra Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Ağentliyinin Direktoru Elnur İbrahimov Ulu Öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində müstəqillik dövründə ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində görülmüş işlərdən danışmışdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Ağentliyinin baş məsləhətçisi Nazənin Rüstəmli İcbari Tibbi Sığorta haqqında geniş məlumat verərək tələbələrin suallarını cavablandırmışdır.

Kollecimizdə 100 illik yubiley konfransı

      11 may 2023-cü il tarixdə Naxçıvan Tibb Kollecində Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin sərəncamına əsasən Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədarkonfrans keçirilmişdir. Tədbiri giriş sözü ilə  kollecin direktoru Sona Məmmədova açaraq Ümummili Lider Heydər Əliyevin təhsildə olan misilsiz xidmətlərindən danışmış, ölkəmiz dünyada layiq olduğu mərtəbəyə qaldıran Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsindən bəhs etmişdir.

     Daha sonra kollecin tarix müəllimi Sevdimalıyeva Aynur müəllim Ümummili Lider Heydər Əliyevin həyatından və dünya şöhrətli bir siyasi xadim olmağından bəhz edən “Heydər Əliyev Azərbaycan xalqı üçün Ümummili Lider, dünya üçün ümumbəşəri dəyərdir”adlı çıxışıyla çıxış etmişdir.Kollecin tələbələri Ümummili Lider Heydər Əliyevdə bəhs edən şerlər səsləndirmiş, Ümummili Lider Heydər Əliyevdən bəhs edən videoçarx izlənilmişdir.

Bizi sosial şəbəkələrdə izləyin