Ankara - kurs

22 aprel -20 may  2019-cu il  tarixdə Naxçıvan  Tibb  Kollecindən 1 aylıq təcrübə mübadiləsi  üçün Türkiyə  Respublikasının  Ankara  şəhərində  yerləşən Halide Edip Mesleki və Teknik Anadolu Lisesinə  2  müəllim və 10 tələbədən ibarət heyyət göndərilmişdir. Heyyətimiz Ankara şəhərində  yerləşən Yenimahalle Yıldırım Beyazit Eğitim və Araşdırma  xəstəxanasına təkim olunmuşdur.  Xəstəxanada egitim bölümünün tibb bacıları  müəllim və tələbələri rəhbərliklə tanış  etdikdən sonra, şöbələrə bölgü aparılmışdır. Tibb bacısının işi ixtisası üzrə təhsil alan tibb bacıları daxıli xəstəliklər, yoluxucu xəstəliklər, təcili təxirəsalınmaz yardım və endoskopiya  bölmələrində təcrübə keçmişlər.  Tələbələr xəstələrin qeydiyata alınması, yataq xəstələrinə qulluq,  xəstələrin əməliyata hazırlanması, əməliyyatdan sonra xəstəyə qulluq, gündəlik təyinatların yerinə yetirilməsi, xəstələrə konyula qoyulması, endoskopiya bölməsində xəstələrin müayinəyə hazırlamnası qaydalarını öyrənmişlər.

Laborator diaqnostika ixtisası qrupunun tələbələri mikrobiologiya, patologiya, hematologiya və biokimya labaratoriyalarında təcrübə keçmişlər. Laboratoriyalarda tələbələr təhlükəsizlik qaydaları ilə tanış olduqdan sonra qruplara  bölünərək laborantlara təhkim olunmuşlar. Mikrobiologiya  laboratoriyasında  nümunələrin əkilməsı, boyanması, antibiotiklərə həssaslıq testlərinin qoyulması qaydaları, patologiya laboratoriyasında nümunə və ya çıxarılmış orqanlardan alınan materialların kəsilməsi, parafinə yatırılması, qurudulması, boyanması və xüsusi avadanlıqlarla dahab kiçik hissələrə kəsilməsi qaydalarını öyrənmişlər. Biokimya və hematologiya bölmələrində  avadanlıqlara reaktivlərin yerləşdirilməsi, periferiyadan alınan qandan yaxma  hazırlanması, qan nümunələrinin müxtəlif laborator cihazlara yerləşdirilməsi,  nəticələrinin alınması  və kompüter sisteminə yerləşdirilməsini öyrənmişlər.

Bizi sosial şəbəkələrdə izləyin