Səhiyyə  sahəsində  ixtisasın  yeri: Feldşer-laborant  bütün  növ  laborator müayinələri yerinə yetirmək üçün şəhər və kənd müalicə -profilaktika

müəssisələrinin, həmçinin tibbi elmi-tədqiqat instutlarını  laboratoriyalarında  və ixtisaslaşmış tibbi laboratoriyalarda, kliniki biokimyəvi, bakteroloji və

seroloji laboratoriyalarda laborant vəzifəsində işləmək üçün hazırlanır.

“Laboratoriya diaqnostika” ixtisasının məzunları aşağıdakıları  bilməli və bacarmalıdır.

·        Tibb bacısı işinin nəzəri əsaslarını

·        Tibbi etika və deontologiyanın əsasları

·        Tibbi sənədlərin tərtib olunmasını

·        Laborator sənədlərinin və  müayinə blanklarının doldurulmasını

·        Təhlükəzislik texnikasının qaydalarını

·        Yeni laborator müayinə üsullarını

·        Laborator daxili və laboratoriyalar arası keyfiyyət nəzarətini

·        Antropometrik ölçmələrin aparılmasını

·        Xəstələrə qulluğun ümumi prinsiplərini

·        Laborator cihazları ilə işləməyi

·        Laborator qabları kimyəvi təmiz yumağı, sterilləşdirməyi

·        Dezinfeksiyaedici məhlulları hazırlamağı

·        İşlədilən materialı, ləvazimatı zərərsizləşdirməyi

·        Laborator və instrumental müayinələrin aparılmasının ümumi prinsiplərini, müayinələrə xəstələrin hazırlanması və müayinə üçün materialların (qan,

        əsnəkdən yaxma, bəlğəm, sidik, nəcis) düzgün götürülməsini

Bizi sosial şəbəkələrdə izləyin