9 Noyabr Bayraq Günü

                                                                      

 08 Noyabr 2018-ci il tarixdə Naxçıvan Tibb Kollecində müəllim -tələbə heyətinin iştirakı ilə 9 Noyabr  “Bayraq Günü”nə həsr olunmuş tədbir keçirildi.  Tədbirdə ilk öncə Azərbaycan himni səsləndirildi.  Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirdi ki,  Azərbaycan Respublikasının Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Eyni zamanda1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək üçrəngli bayrağı Dövlət bayrağı elan etmişdir. Qeyd olunub ki, şanlı bayrağımız Doğma Naxçıvanımızın ən gözəl güşəsində dalğalanır. Baxdıqca qurur, fərəh hissi keçiririk. Bu gün müstəqil və suveren Azərbaycanın üzərində əzəmətlə dalğalanan üçrəngli bayrağımız bizim qürur və varlığımızın, milli birliyimizin təcəssümüdür. Onu qorumaq hər  birimizin  müqəddəs borcudur. Təkcə dövlət tədbirlərində deyil, mötəbər idman yarışlarında da, humanitar, mədəni tədbirlərdə dövlət bayrağımız zirvələrə yüksəldilir, himnimiz səslənir. Sevindirici haldır ki, gənclərimizin hamısı bayrağımıza yüksək ehtiram bəsləyir. Biz  müstəqilliyimizin  qədrini  bilməli, onu qoruyub  inkişaf  etdirməliyik.

Tədbirdə Naxçıvan Tibb Kollecinin müəllimləri Pakizə Babayeva və Rəna Vəliyeva çıxış edərək diqqətə çatdırmışlar ki, Bayraq - bir ölkənin dövlət rəmzi olub, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə  salınan dövlət  atributudur.  Bayrağın  üzərindəki  hər rəng və simvol bir məna daşıyır. Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə  etdiyi  üç  təməl  prinsipini təşkil edən “Türkçülük, islamçılıq  və  müasirlik”  düsturunun  müəllifi   görkəmli  Azərbaycan  mütəfəkkiri  Əli  Bəy Hüseynzadədir. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmiş,  Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədi ilə qəraralar alınmışdır. Azərbaycan  Respublikasının  dövlət  bayrağından  istifadə   müstəqil  Azərbaycan Respublikası     Konstitusiyasının     23-cü    və    75-ci    maddələri,   “Azərbaycan Respublikasnın  Dövlət  bayrağı  haqqında”  Azərbaycan  Respublikasının Qanunu, eləcə də,  həmin  Qanunla  təsdiq  edilmiş   “ Azərbaycan  Respublikasının  Dövlət bayrağı  haqqında  Əsasnamə”  əsasında  tənzimlənir.  Azərbaycan Respublikasının Prezidenti  cənab İlham   Əliyev Azərbaycanda Dövlət  Bayrağı  Gününün elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, hər  il  9 noyabr Azərbaycanda  Dövlət Bayrağı Günü kimi qeyd edilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il avqustun 22-də imzaladığı Sərəncam böyük tarixi əhəmiyyətə malikdir.Həmin ilin noyabrın 17-də Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin istifadəyə verilməsi dövlət atributları təbliği istiqamətində həyata keçirilən tədbirlərin davamıdır. Muxtar respublika rəhbərinin “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” 2014-cü il 17 noyabr tarixli Sərəncamına əsasən hər il noyabr ayının 17-si Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur.

     Tədbirin sonunda Naxçıvan Tibb Kollecinin tələbəsi Aytac Mərdanlının hazırladığı video çarx izlənildi.

Tədbirdən sonra Naxçıvan Tibb Kollecinin müəllimi və tələbələri  Bayraq meydanına getmiş və Bayraq Muzeyinə baxış keçirmişlər.

 

 

 

 

 

Zərərli vərdişlər

    Naxçıvan Tibb Kollecində 39 mama qrupunun tələbələri zərərli vərdişlərin insan orqanizminə zərərli təsirində danışdı.Tədbirdə  Naxçıvan Tibb Kollecinin I kurs tələbələri və müəllim kollektivi iştirak etdi.

 Tədbirdə kollecin direktou Sona Məmmədova çıxış edərək dedi: Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Gənclər siyasətinin əsas istiqamətlərində biri gənclərin mənəvi-əxlaqi tərbiyəsi və gənclərin sağlamlığının qorunmasıdır.

        Zərərli vərdişlər kimi  xarakterizə olunan tütün , alkaqol , toksiki maddələrin istifadəsi onu istifadə edən fərdin orqanizminə həmdə bütövlükdə cəmiyyətə ziyan vurur.

        Tədbirdə  39 mama qrupunun tələblərindən  Şahhüseynova Nərmin, Paşayeva Nuray , Cəfərova Sara  fəal iştiraklarına  görə  diplomla  təltif olundu.

     Tədbirin sonunda  tələbələrin hazırladığı video çarx izlənildi.

     

 

                                                                         
   

Naxçıvan Tibb Kollecində I kurs tələbələrlə maarifləndirici söhbət aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə işinin təşkili şöbəsinin əhalinin mülki müdafiə və fövqəladə hallara hazırlıq bölməsinin mülki müdafiə qüvvələrinin hazırlığı üzrə baş məsləhətçisi Azadə Cəfərova,  Tibb Kollecinin  bütün ixtisasları üzrə 1-ci kurs tələbələri ilə “Məişətdə qaz təsərrüfatı və elektrik cihazlarından təhlükəsiz istifadə qaydaları” mövzusundamaarifləndirici söhbət aparmışdır.

           Maarifləndirici söhbətin aparılmasında əsas məqsəd valideyn nəzarətindən kənarda təhsil alan gənc tələbələrin payız-qış mövsümünü təhlükəsiz keçirməsi üçün məişətdə istifadə olunan qaz təsərrüfatı və elektrik cihazlarından düzgün istifadə və istismar qaydalarını öyrətmək olmuşdur.

           Tədbiri giriş sözü ilə açan Tibb Kollecinin direktoru Sona Məmmədova müstəqil həyata qədəm qoyan gənc tələbərimizlə bu cür söhbətlərin aparılmasının əhəmiyyətindən danışmış və Fövqəladə Hallar Nazirliyinin əməkdaşına gənc tələbələr və Tibb Kollecinin çoxsaylı kollektivi adından minnətdarlığını bildirmiş, bu cür maarifləndirici söhbətlərin mütəmadi olaraq davam etdirməsinin vacibliyini vurğulamışdır.

           Sonra dövlət qulluqçusu Azadə Cəfərova  mövsümlə əlaqədar olaraq  payız-qış mövsümündə qaz cihazlarının düzgün seçilməsi, quraşdırılması, istifadəsi və istismarı qaydalarının əhəmiyyətini slaydlar vasitəsilə əyani olaraq göstərmiş, xüsusən kirayədə yaşayan tələbələrin bu sahədə daha da diqqətli olmalarını onların nəzərinə çatdırmışdır.

Tədbir kollec rəhbərliyi və tələbələr tərəfindən rəğbətlə qarşılanmış, verilən töhfələr lazımınca qiymətləndirilmişdir.

Sonda iştirakçılara mövzu ilə bağlı videoçarxlar təqdim olunmuş və verilən suallar ətraflı şəkildə cavablandırılmışdır.

   

"Poliqon" Strateji intellektual oyunu

19.X.2018-ci tarixdə Naxçıvan Tibb Kollecində Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar olaraq gənclər arasında muxtar respublikada ilk dəfə olaraq "Poliqon" Strateji İntellekt Oyunu keçirilmişdir.

Naxçıvan Tibb Kollecinin binası istifadəyə verilib

Sentyabrın 13-də Naxçıvan Tibb Kollecinin binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Ali Məclisin Sədri Bilik Günü ərəfəsində Naxçıvan Tibb Kollecinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, ümummilli liderimiz Heydər Əliyevin “Səhiyyə xalqımızın sağlamlığı və gələcəyidir” fikrini xatırladaraq deyib: Ümummilli Liderimiz Azərbaycana hər iki rəhbərliyi dövründə səhiyyənin inkişafını diqqətdə saxlamışdır. Bu gün Ulu Öndərin yolunu uğurla davam etdirən ölkə Prezidentinin qayğısı ilə Azərbaycanda səhiyyə sistemi müasir tələblər səviyyəsində qurulub. Bu sahədə kadr hazırlığı yüksək səviyyədə həyata keçirilir. Muxtar respublikamızda da səhiyyənin inkişafı sahəsində ardıcıl tədbirlər görülür. Hazırda 32 muxtar respublika, şəhər, rayon və kənd sahə xəstəxanaları, mərkəz və dispanserlər, eləcə də 107 feldşer-mama və tibb məntəqəsi, 84 ambulatoriya vasitəsilə əhaliyə səhiyyə xidməti göstərilir. Muxtar respublika, şəhər, rayon və kənd sahə xəstəxanaları, dispanser və mərkəzlər müasir tələblər səviyyəsində qurulub. Ambulatoriyaların 90 faizi, feldşer-mama və tibb məntəqələrinin 95 faizi yeni binalarda yerləşir, əhaliyə müasir səhiyyə xidməti göstərilir.

“31 dekabr dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni İl bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasının içtimai həyatında və yaradıcılıq sahəsində istedadlı gənclərin mükafatlandırılması mərasimi keçirilmişdir.

28 dekabr  2017-ci il tarixində  Duzdağ otelində  “31 dekabr dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni İl bayramı münasibətilə Naxçıvan  Muxtar  Respublikasının içtimai həyatında və yaradıcılıq sahəsində istedadlı gənclərin mükafatlandırılması mərasimi keçirilmiş, kollecimizin 10 nəfər tələbəsi tədbirdə iştirak etmiş və 1 nəfər tələbəmiz mükafatlandırılmışdır.

“10-17 noyabr Beynəlxalq Tələbə Gənclər Həftəsi” ilə əlaqədar ali və orta ixtisas təhsili müəsisələrinin tələbələri arasında stolüstü tenis yarışı keçirilmişdir.

10 noyabr 2017-ci il tarixində  “10-17 noyabr Beynəlxalq Tələbə Gənclər Həftəsi” ilə  əlaqədar  ali  və orta ixtisas təhsili müəsisələrinin  tələbələri arasında stolüstü tenis yarışı keçirilmiş, Naxçıvan  Tibb  Kollecinin  tələbəsi yüksək nəticə göstərərək diplomla təltif olunmuşdur.

Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin 26-cı il dönümünə həsr olunmuş“ Xəmsə ” intellektual oyunu keçirilmiş, Naxçıvan Tibb Kollecinindən “Loğman” komandası I yeri tutmuşdur.

26 oktyabr 2017-ci il tarixində  Naxçıvan  Muxtar  Respublikasının  Gənclər və  İdman  Nazirliyi  təşkilatçılığı  ilə  Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin 26-cı il dönümünə həsr olunmuş“ Xəmsə ”  intellektual  oyunu  keçirilmiş,  Naxçıvan  Tibb  Kollecinindən  “Loğman” komandası  I yeri tutmuşdur.

Bizi sosial şəbəkələrdə izləyin