Hüquq yarışması 2023

 

 16 iyun 2023-cü il tarixdə  Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunda  Naxçıvan Muxtar Reapublikasının İnsan Hüquyqları üzrə Müvəkkili (Ombudsman) təşkilatçığı ilə Hüquq yarışması keçirilmiş yarışda Naxçıvan Tibb Kollecinin  5 nəfər tələbəsi iştirak etmişdir. Tələbələrimiz Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən orta ixtisas təhsili müəsisələrinin tələbələri arasında yüksək nəticələrlə fərqlənərək I yerin qalibi olmuşlar, diplom və hədiyyələrlə təltif olmuşlar.

Səhiyyə könüllüləri

Muxtar respublikanın səhiyyə sahəsində bir ilk: Gənclər səhiyyə sahəsində könüllü fəaliyyətə cəlb edilib Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikada ilk dəfə olaraq səhiyyə könüllüləri fəaliyyətə başlayıb. Bu məqsədlə iyunun 25-də "Səhiyyə könüllüləri” adlı tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində baş tutan tədbirdə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov, Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova, muxtar respublikanın qabaqcıl həkimləri, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin həkim rezidentləri və Naxçıvan Tibb Kollecinin tələbəri iştirak edib.

"Respublika Günü"nə həsr olunmuş tədbir

    26 may 2023-cü il tarixdə Naxçıvan Tibb Kollecində “Respublika Günü”nə həsr olunmuş tədbir keçirildi.Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirmişdir. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105 il ötür. 1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı. dövlər atributları qəbul edilib. Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüf ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalaraq, müvəqqəti olaraq devrildi. Sovet Rusiyası Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

Cümhuriyyət çox az müddət mövcud olsa da, Azərbaycan xalqının milli-vətənpərvərlik ruhunun, azadlıq, müstəqillik arzusunun alovlanmasına təkan verdi. Həmin dövrdə mürəkkəb siyasi şəraitdə yaranmış dövləti qoruyub saxlamaq təəssüf ki, mümkün olmadı. Bundan sonra ilk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb. Bununla da müstəqilliyə gedən yolun əsası qoyulub.

   Daha sonra kollecin metodisti Səidə Şahverdiyeva dövrün tarixi hadisələrindən və müstəqillik yolundan bəhs edən çıxış etmişdir.

Təhsil Tələbə Krediti Fondunun maarifləndirmə tədbiri

     12  may 2023-cü il tarixdə Naxçıvan Tibb Kollecində Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Günay Xəlilova kollecin ödənişli əsaslarla təhsil alan tələbələri ilə görüş keçirib. Görüşdə Naxçıvan Tibb Kollecin direktoru Sona Məmmədova, kollecin şöbə müdirləri Vəfa Məmmədova, Sahibə Quliyeva və tələbələr iştirak etmişdilər.

     Maarifləndirmə məqsədilə keçirilən görüşdə Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Günay Xəlilova Fondun fəaliyyət istiqamətləri, təhsil tələbə kreditinə müraciət qaydaları və verilməsi meyarları barədə geniş məlumat verib.Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

H.Əliyev tibbi sığorta haqqında qanunun banisi

    11 may 2023-cü il tarixdə Naxçıvan Tibb Kollecində Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “ Heydər Əliyev – tibbi sığorta haqqında qanunun banisi kimi” mövzusunda tədbir keçrilmişdir.Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq Ümummili Lider Heydər Əliyevin səhiyyə sistemində gördüyü işlərdən və misilsiz xismətlərindən danışmışdır.

      Daha sonra Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Ağentliyinin Direktoru Elnur İbrahimov Ulu Öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində müstəqillik dövründə ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində görülmüş işlərdən danışmışdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Ağentliyinin baş məsləhətçisi Nazənin Rüstəmli İcbari Tibbi Sığorta haqqında geniş məlumat verərək tələbələrin suallarını cavablandırmışdır.

Kollecimizdə 100 illik yubiley konfransı

      11 may 2023-cü il tarixdə Naxçıvan Tibb Kollecində Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin sərəncamına əsasən Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədarkonfrans keçirilmişdir. Tədbiri giriş sözü ilə  kollecin direktoru Sona Məmmədova açaraq Ümummili Lider Heydər Əliyevin təhsildə olan misilsiz xidmətlərindən danışmış, ölkəmiz dünyada layiq olduğu mərtəbəyə qaldıran Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsindən bəhs etmişdir.

     Daha sonra kollecin tarix müəllimi Sevdimalıyeva Aynur müəllim Ümummili Lider Heydər Əliyevin həyatından və dünya şöhrətli bir siyasi xadim olmağından bəhz edən “Heydər Əliyev Azərbaycan xalqı üçün Ümummili Lider, dünya üçün ümumbəşəri dəyərdir”adlı çıxışıyla çıxış etmişdir.Kollecin tələbələri Ümummili Lider Heydər Əliyevdə bəhs edən şerlər səsləndirmiş, Ümummili Lider Heydər Əliyevdən bəhs edən videoçarx izlənilmişdir.

100 İlliyə həsr olunmuş "İLK YARDIM"

8 mayl 2023-cü il tarixdə Naxçıvan Tibb Kollecində Azərbaycan Respublikasının    Ümummili Lideri Heydər Əliyevin 100 illik yubileyinə  həsr olunmuş “Ilk Yardım” tədbiri keçrilmişdir. . Tədbiri giriş sözü ilə  kollecin direktoru Sona Məmmədova açaraq bildirmişdir ki, vaxtinda və düzgün göstərilən ilk yardım həyat qurtarır.

Daha sonra kollecin müxtəlif ixtisasdan olan tələbələri komandalar şəklində bədbəxt hadisələr və fövqəladə hallar zamanı zərərçəkmişə düzgün ilkin yardımın göstərilmə qaydasını nümaiş etdirmişlər.Hərbi feldşer ixtisasında təhsil alan tələbələr  isə  döyüş  şəraitində yaralılara ilkin yardım və yaralı təxliyyəsi  haqqında izahlə göstərilər nümaiş etmişdilər.

H. Əliyevin 100 illik yubileyi əlaqədar muzey ziyarəti

   

5 may 2023-cü il tarixdə Naxçıvan Tibb Kollecinin kollektivi Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Ümummili Lider Hedər Əliyevin büstünü ziyarət edib, sonra Heydər Əliyev muzeyini ziyarət etmişlər.

H. Əliyevin 100 illik yubileyi ilə əlaqədar kitab müzakirəsi

26 aprel 2023-cü il tarixdə Naxçıvan Tibb Kollecində Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar kitab müzakirəsi keçirilmişdir.Tədbiri giriş sözü ilə kollecin kitabxana müdiri Leyla Əliyeva açaraq bildirmişdir ki, dahi Azərbaycan şairi və mütəfəkkiri  Nizamı Gəncəvi bəşər mədəniyyətinin yetirdiyi nadir şəxsiyyətlərdəndir.Sözə böyük qiymət verən onu gövhərdən də ucalarda görən Nizami Gəncəvi sözün şəninə elə müdrik ifadələr işlədir, elə təsirli libaslar biçir ki,oxuduqca bəhrələnir,öyrənirik. 

Daha sonra kollecin tələbələri Həsənova Zəhra, Qurbanlı Türkay, Qurbanov Ramiz, Hüseynova Elvira, Zamanova Könül, Mərdanlı Günel, Yusifli Sərfinaz, Novruzova Brlyant, Nurəliyeva Sevgi, Novruzova Gültac dahi şairin həyat və yaradıcılığından ona şöhrət gətirən xəmsəyə daxil olan poemalardan danışmış, hikmətli sözlər  və  poemalardan parçalar səsləndirmişlər.

 

H. Əliyevin 100 illik yubileyi ilə əlaqədar şer müsabiqəsi

    17 aprel 2023-cü il tarixdə Naxçıvan Tibb Kollecində Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin sərəncamına əsasən Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar şer müsabiqəsi keçirilmişdir.Tədbiri giriş sözü ilə kollecin kitabxana müdiri Leyla Əliyeva açaraq bildirmişdir ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var.Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb ən taleyüklü məqamlarda qalib rolunu oynamışdır.Azərbayzan xalqının Ümummili Lideri  Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət,qeyri-adi zəka fitri istedad sahibi müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədiyaşar olmuşdur.Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti onun zəngin və çoxşaxəli iris isə xalqımızın milli sərvətidir.Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərmaycanlının şərəfli vəzifəsidir.

Daha sonra kollecin tələbələri Həsənova Zəhra, Qurbanlı Türkay, Tağıyeva Aytac, İsmayılova Nurtac, Yusifova Suqra, Qurbanov Ramiz Ümummili Lider Heydər Əliyevin keçdiyi həyat yolundan danışmış, Ulu Öndər və azad Azərbaycan mövzusunda şerlər səsləndirmişlər.

 

Bizi sosial şəbəkələrdə izləyin