“1 Mart – Ümümdünya Mülki Müdafiə Günü”2024

29 fevral 2024-cü il tarixdə  “1 Mart – Ümümdünya Mülki Müdafiə Günü” münasibətilə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas müəsisələrinin tələbələri arasında keçirilən yarışda Naxçıvan Tibb Kolleci komandası II yerin qalibi olmuşdur.Tələbələrimizə fəaliyyətlərində uğurlar arzulayırıq.

 

Xocalı soyqırımı 2024

26 fevral 2024-cü il tarixdə Naxçıvan Tibb Kollecində «Xocalı soyqırımı» ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirmişdir ki, Xocalı qətliamından 32 il keçir. Lakin illər ötdükcə bu dəhşətli hadisə hər birimizin yaddaşına əbədi həkk olunur. Öz miqyasına görə tarixdə analoqu olmayan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri qəddarlıqda heç də faşistlərdən geri qalmadıqlarını bir daha təsdiqlədilər. Həmin gün erməni silahlı birləşmələri faşistlərdən də qəddar olduqlarını açıq şəkildə dünyaya nümayiş etdirdilər. 32 il keçməsinə baxmayaraq, faciənin acı nəticələrini unutmamalı, daim yadda saxlamalıyıq.

Daha sonra kollecin müəllimi Səidə Şahverdiyeva «Xocalı soyqırımı» » na həsr etdiyi çıxışını səsləndirmişdir.Tədbirdə kollecin tələbələri Haqverdiyeva Dərya,Hüseynova Xəyalə,Vəlizadə Zərzişan,Həsənova Zəhra və Hüseynova Nurcan günün önəmindən bəhs edən çıxışlar və şerlər səsləndirmişlər.

2 Fevral Gənclər Günü 2024

1 fevral 2024-cü il tarixdə Naxçıvan Tibb Kollecində 2 fevral «Gənclər Günü» ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirmişdir ki, bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır., əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bir çox sahədə olduğu kimi, bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb.

Daha sonra kollecin müəllimi Zamanova Lamiyyə «Gənclər Günü» nə həsr etdiyi çıxışını səsləndirmişdir.

"QANLI YANVAR" 2024

19 yanvar 2024-cü il tarixdə Naxçıvan Tibb Kollecinində “ 20 Yanvar faciəsi”nin ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirmişdir ki, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub.

Daha sonra kollecin tarix müəllimi Aynur Sevdimalıyeva  “ 20 Yanvar faciəsi”nə həsr etdiyi çıxışını səsləndirmişdir.

Kollecdə “ 20 Yanvar faciəsi”nin ildönümünə həsr olunmuş tələbələrin əl işlərindən ibarət sərgi təşkil olunmuşdur.

“Ulu Öndər Heydər Əliyev Azərbaycanda hüquqi islahatların memarıdır”

14 dekabr tarixində Naxçivan Tibb Kollecində “Ümummilli Lider Heydər Əliyev və hüquqı dövlət quruculuğu” mövzusunda tədbir keçirilmişdir.Tədbirdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra kollecin direktoru Sona Məmmədova giriş mətni ilə çıxış etmiş  Sonra Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqı təminat və insan hüquqları məsələləri şöbəsinin rəisı, baş ədliyə müşaviri Faiq Səfərov “Ulu Öndər Heydər Əliyev Azərbaycanda hüquqi islahatların memarıdır” mövzusunda çıxış edərək müəllifi olduğu və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə ithaf etdiyi “Qanunçuluq və hüquq düşüncəsi” adlı kitabını kollecin kitabxanasına hədiyyə edib.

DEBAT LAYİHƏSİ

Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi,Naxçıvan Tibb Kolleci və Naxçıvan Regional Debat Mərkəzinin təşkilatçılığı ilə 4-7 dekabr 2023-cü il tarixlərində Naxçıvan Tibb Kollecində “Debat Liqası” tədbiri keçirilmiş, 13 dekabr tarixində yarışın final mərhələsi və qalibləri mükafatlandırılması olmuşdur.`

12 dekabr Anım Günü 2023

12 dekabr 2023-cü il tarixdə Naxçıvan Tibb Kollecində Ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə kollecin direktoru Sona həkim açaraq bildirmişdir ki, tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.Göstərdiyi yüksək diqqət və qayğı ilə, imzaladığı fərman və sərəncamlarla, keçirdiyi çoxsaylı görüşlərlə, söylədiyi dərin məzmunlu nitqlərlə uzaqgörən sərkərdə milli sərhəd siyasətimizi formalaşdırmış, ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını zərgər dəqiqliyi ilə müəyyənləşdirmişdir Heydər Əliyevi Anım Günü ilə bağlı yad etmək, onun liderlik və xidmətlərinə vurğu etmək, ölkəsinin tarixindəki müstəqil dövrün əhəmiyyətini və inkişafını vurğulamaq, və onun həyat yolu və irsi ilə bağlı məlumatları öyrənmək bir vətəndaş kimi borcumuzdur.Bu gün  Ümummilli lideri Heydər Əliyevi dərin hörmət və ehtiramla anırıq.

Daha sonra kollecin müəllimləri Pakizə Babayeva və Aynur Sevdimalıyeva Ümummilli lideri Heydər Əliyev haqqında çıxışlar etmiş və günün önəmindən bəhs edən video çarx izlənilmişdir.

 

1 dekabr Ümumdünya QİÇS-lə mübarizə günüdür 2023

 

30 noyabr 2023-cü il tarixdə Naxçıvan Tibb Kollecində Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirmişdir kı, 1 dekabr Ümumdünya QİÇS-lə mübarizə günüdür. Bu günün qeyd olunmasında əsas məqsəd dünya ölkələri problemlə mübarizədə bir araya gətirməkdir. 1988-ci ildə təsis edilmiş QİÇS Günü dünya ölkələri səhiyyə nazirlərinin QİÇS-inprofilaktikasında əhalinin ümumi məlumatlılığının artırılmasına çağıran zirvə görüşündən sonra təsis edilib. Bundan sonra Ümumdünya Səhiyyə Təşkilatı,  BMT-nin dəstəyi ilə dekabrın 1-ni Ümumdünya QİÇS Günü elan edib. Belə bir günün təsis edilməsi QİÇS-ə qarşı effektiv kampaniyaların birləşməsinə imkan yaradıb.

Sonra Naxçıvan Muxtar Respublikası Yolxucu Xəstəliklər publik hüquqı şəxsin QİÇS-lə mübarizə şöbəsinin müdiri həkim Hüseyin Mikayılov QİÇS-mü haqqında danışmış, xəstəliyin yoluxma yolları, müalicəsi və profilaktikasının çox əhəmmiyitli olduğunu bildirmişdir.Daha sonra tələbələrə “Tibb müəssisələrində İİV-infeksiyasının profilaktikasına aid universal təhlükəsizlik qaydaları” adlı kitabca paylanmışdır.

” Ümumdünya Mikroblar Əleyhinə Mübarizə Həftəsin”

29 noyabr 2023-cü il tarixdə Naxçıvan Tibb Kollecində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ” Ümumdünya Mikroblar Əleyhinə Mübarizə Həftəsin” çərçivəsində tədbir keçirildi.Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirmişdir kı,2015-ci ildən bəri hər il keçirilən Ümumdünya Mikroblar Əleyhinə Mübarizə Həftəsinin əsas məqsədi antibiotiklərdən düzgün və ehtiyatlı istifadəsini aşılamaq və bu sahədə çalışan mütəxəssisləri maarifləndirməkdir. Antibiotik maddələr insanlarda, heyvanlarda və bitkilərdə xəstəliklərin müalicəsi üçün vacib vasitə olan antibiotik, antiviral, antifungal və antiprotozoal maddələri özündə əks etdirir.Mikrobların müqavimətinin artması qlobal bir böhrandır. Gözləmək üçün vaxt yoxdur. Mikrob əleyhinə dərmanların təsirini saxlamaq üçün hər kəsin rolu var. Bu üçlü bəyanat, üzv dövlətlərin mikroblara qarşı mübarizə tədbirlərini gücləndirməyə, qlobal problemi geniş şəkildə tanıtmağa və insanları antibiotik maddələrin istifadəsi ilə bağlı vərdişlərini dəyişdirməyə çağırır. Məsələ ondadır ki, həkimlər və baytarlar həmin preparatları xüsusi ehtiyac olmadan tez-tez təyin edirlər. Habelə onlar fermerlər və aqronomlar tərəfindən həddindən artıq istifadə olunur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, antibiotiklərin təxminən 50 faizi təyinatı üzrə istifadə edilmir. Məsələn, antibiotiklərin yalnız bakterial infeksiyaların müalicəsinə kömək etməsinə baxmayaraq, onları çox vaxt virus infeksiyalarının müalicəsi üçün təyin edirlər.

Sonra kollecin həkim müəllimi Quliyeva Sahibə “Uşaq orqanizmində  Anti- biotiklərə həssaslıq”, əczaçı həkim Məmmədova Səidəxanım “Antibitiklərin inkişaf tarixi və yeni nəsl antibiotiklər” mövzusunda çıxışlar etdilər.

100 illik yubiley çərçivəsində"Ümummili Lider Heydər Əliyev və Azərbaycan"

22 noyabr 2023-cü il tarixdə Naxçıvan Tibb Kollecində Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə kollecin direktoru Sona həkim açaraq Ümummili Lider Heydər Əliyevin gəncliyə verdiyi tövhədən danışmışdır. Sonra kollecin kitabxana müdiri Leyla Əliyeva çıxış edərək bildirmişdir ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var.Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb ən taleyüklü məqamlarda qalib rolunu oynamışdır.Azərbayzan xalqının Ümummili Lideri  Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka fitri istedad sahibi müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədiyaşar olmuşdur.Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti onun zəngin və çoxşaxəli iris isə xalqımızın milli sərvətidir.Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərmaycanlının şərəfli vəzifəsidir.

Daha sonra kollecin tələbələri Hüseynova Elvira “Heydər Əliyev 1923-1969 “,Cavadov Rəvan  “Heydər Əliyev 1969-1990”, Hüseynova Xəyalə  “Heydər Əliyev 1990-2003”, Zamanova Könül “Ümummilli Lider Heydər Əliyevin  Azərbaycan dilinin inkişafında    müstəsna rolu”, Əliyeva Yağmur “Ümummilli Lider Heydər Əliyevin Azərbaycan gəncliyinə verdiyi  dəyər” Həsənova Zəhra  “Ulu öndər”, Abbaslı Məryəm,Kərimova Həcər, Rüstəmova Zeynəb,  Bədəlov Hüseyin,Quliyev Emin “Azərbaycan” şerini səsləndirmişdir..  

 

Bizi sosial şəbəkələrdə izləyin