"Diabet Günü" 2023

 14 noyabr 2023-cü il tarixdə Naxçıvan Tibb Kollecində “Diabet Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.Tədbirdə kollecin direktoru Sona Məmməsova çıxış edərək bildirmişdir ki, Ümumdünya Diabet Gününün keçirilməsi ilə bağlı təklif Beynəlxalq Diabet Federasiyası və ÜST tərəfindən dünyada diabet hallarının yüksəlməsinin qarşısını almaq məqsədilə 1991-ci ildə irəli sürülüb. O vaxtdan etibarən hər il 14 noyabr Ümumdünya Diabet Günü kimi qeyd olunur. 2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən şəkərli diabet "ağır xroniki xəstəlik" kimi səciyyələndirib və 2007-ci ildən etibarən hər il noyabrın 14-ü BMT-nin Ümumdünya Diabet Günü kimi hesab olunur. Bu qətnamənin əsasında dövlətlər ilk dəfə olaraq, qeyri-infeksion xəstəlik olan diabeti dünya miqyasında sağlamlığa ciddi təhlükə mənbəyi sayaraq, İİV/QİÇS, vərəm, malyariya kimi infeksion xəstəliklərlə eyni səviyyədə qəbul etdilər.

Milyonlarla insanı bir yerə toplayan Ümumdünya Diabet günü 160-dan çox ölkə ilə yanaşı, muxtar respublikada da qeyd edilir. Diabet xəstəliyi ilə əlaqədar muxtar respublikada mühüm işlər görülür. Belə ki, diabetli xəstələr qlükometr aparatı, testlər və müvafiq şəkərsalıcı preparatlarla təmin edilir. Diabetli xəstələrə kömək məqsədi ilə həyata keçirilən Dövlət proqramları çərçivəsində hər il belə xəstələrə dərmanların pulsuz verilməsi üçün büdcədən xeyli miqdarda vəsait ayrılır. Diabetə qarşı görülən işlərin hüquqi bazası olaraq “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanun, AR Nazirlər Kabinetinin qərarı ilə “Şəkərli diabet üzrə Dövlət Proqramı”ı təsdiq edilib.

            Sonra kollecin müəllimi Səidə Şahverdiyeva mədəaltı vəzin anatomiyası və karbohidrat mübadiləsindən danışmış, kollecin həkim müəllimi Sahibə Quliyeva diabet xəstəliyinin ağırlaşmaları, müalicəsi və profilaktikası haqqında məlumat vermişdir.

ZƏFƏR BAYRAMI

 

7 noyabr 2023-cü il tarixdə Naxçivan Tibb Kollecində “Zəfər Günü”təntənəli şəkildə qeyd olundu.Giriş sözünü kollecin direktoru Sona Məmmədova açaraq bildirdi ki, bu zəfər müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının qələbə əzminin əyani təsdiqi oldu. Qalibiyyətimizin rəmzi olaraq 2020-ci il 10 dekabr tarixində keçirilən möhtəşəm Zəfər paradı müzəffər Azərbaycan Ordusunun gücünü və qürurunu bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi. Bu gün qürurla deyə bilirik ki 44 günlük Vətən müharibəsiylə biz bütün dünyaya göstərdik ki, yenilməz xalqıq. İlham Əliyevin Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqa müraciətində bildirdiyi kimi, müharibə kimin-kim olduğunu ortaya qoydu: “Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir”. Erməni mifi şanlı ordumuz tərəfindən məhv edildi, erməni ordusu darmadağın edilərək qarşımızda diz çökdü. Onlar bir ömür boyu bu rəzalət damğası ilə yaşayacaqlar. Biz isə qürur hissi ilə qalib xalq olaraq yaşayacağıq. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, ermənilərin törətdiyi soyqırımlar zamanı həlak olan günahsız insanlarımızın qisası döyüş meydanında alındı, işğalçı Ermənistanın layiq olduğu yer göstərildi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında  güclü ordumuz, rəşadətli əsgər və zabitlərimiz oldu. 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq! Qarabağ Azərbaycandır!

 Sonra kollecin 13 ortopedik stomatologiya qrupu tələbələri Vətən müharibəsində şəhid olmuş tibb işçilərindən bəhs edən slayt və çıxışlarıyla tədbirdə iştirak etdilər.Sonda kollecin tarix müəllimi Sevdimalıyeva Aynur Zəfər Yolu tarixindən bəhs edən çıxışını səsləndirmişdir.

Azərbaycan Respublikası Dövlət Bayrağı Günü

6 noyabr 2023-cü il taricxdə Naxçıvan Tibb Kollecində “Azərbaycan Respublikası Dövlət Bayrağı Günü” nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirmişdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.Azərbaycan bayrağını müqəddəsləşdirən təkcə onun and yerimiz olması deyil, bayraq həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir. Bu gün ən yüksək zirvələrdə dalğalanan, sentyabr ayının 27-dən başlayaraq  üçrəngli bayrağımız dövlətimizin gücünü və xalqımızın milli birliyini, həmrəyliyini nümayiş etdirir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Bayrağımız mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmizdir”.

Daha sonra kollecin kitabxana müdiri Leyla Əliyeva “Azərbaycan Bayrağı –Müstəqilliyimizin simvolu kimi” adlı çıxışını səsləndirmişdir.

Kollecimizlə tanışlıq

25 oktyabr 2023-cüil tarixdə Naxçıvan Tibb Kellecində ümumtəhsil məktəblərindən olan tələbələrin kolleclə tanışlığı olub. Daha sonra şağirdlərə tibb kollecinin tələbələri bədbəxt hadisələr zamanı göstəriləbiləcək yardımlardan danışmışlar.

H.Əliyev və Azərbaycan səhiyyəsi

     25 oktyabr 2023-cüil tarixdə Naxçıvan Tibb Kellecində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubleyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirmişdir.Ulu öndər Heydər Əliyev özünün zəngin həyat yolu və çoxşaxəli fəaliyyəti ilə yalnız adını tarixə yazmayıb. O, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi tarixini, Azərbaycanın müxtəlif sferalarının, o cümlədən səhiyyənin inkişaf tarixini yazıb. Ümummilli lider Heydər Əliyevin əzmkarlığı, xüsusi diqqət və qayğısı sayəsində ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmək mümkün oldu. Ulu Öndər Azərbaycanda hər bir sahənin inkişafı üçün mühüm təşəbbüslə çıxış edirdi, amma heç şübhəsiz ki, onun üçün əsas məsələ – əhalinin sağlamlığının qorunması, tibbi xidmətin yüksək səviyyədə təşkili, Azərbaycan xalqının demoqrafik göstəricilərinin yaxşılaşması idi. Onun bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görüldü, islahatlar aparıldı. Ölkəmizdə səhiyyənin qanunvericilik bazasını gücləndirən bir sıra qanunlar, o cümlədən “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında” və sair qanunlar işlənib hazırlandı və Milli Məclis tərəfindən qəbul edildi. Azərbaycan ərazisində QİÇS və vərəm xəstəliklərinin yayılmasının qarşısını almaq üçün milli proqramlar işlənib hazırlandı. Ulu öndərimizin rəhbərliyi ilə bu sahədə 15-dən çox qanunun qəbul edilməsi səhiyyəmizin müasir tələblər səviyyəsində yenilənməsinə, həm də insanların sağlamlıqlarının etibarlı şəkildə qorunmasına xidmət edir.

Daha sonra kollecin həkimi Babayeva Vüsalə Ümummilli Lider Heydər Əliyevin səhhiyyədəki misilsiz xidmətlərindən bəhs edən çıxışını səsləndirmişdir.

“Şəxsi inkişaf və karyeranı qurmaq”

 

13 oktyabr 2023-cü il tarixində Naxçıvan  Tibb Kollecində “Şəxsi inkişaf və karyeranı qurmaq” mövzusunda maarifləndirici tədbir keçirilib.

Naxçıvan Tibb Kollecinin direktoru Sona  Məmmədova tədbiri giriş sözü ilə açaraq, keçirilən tədbirin əhəmiyyətindən bəhs edib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Firuzə Hüseynova slayd vasitəsi ilə çıxış edərək qeyd edib ki, şəxsi inkişaf və karyera planlaşdırması hər bir vətəndaş üçün  önəmli əhəmiyyət kəsb edən mövzudur.  Hər bir kəs öz şəxsi inkişafları ilə bağlı analiz etmə bacarığını, öz şəxsi inkişaf yollarını aydınlaşdırmağı bacarmalı, özünün və peşə ilə bağlı ehtiyaclarını müəyyən edərək özünə uyğun kariyera qurmalıdır.

F.Hüseynova bildirib ki, təhsil almaqda, müəyyən bir sənətin mütəxəssisi olmaqda ən əsas məqsədlərdən biri uğurlu karyera qurmaqdır. Karyera – işçinin iş həyatı müddətində izləyə biləcəyi vəzifələr toplusudur. Karyera seçimi edərkən diqqət edilməsi lazım olan əsas 3 meyar bacarıqlar, maraqlar və dəyərlərin olmasıdır.  Karyera  planlaşmasında addım-addım irəliləmək və gənclərin fərqli sahələrdə işləməklərinin daha məqsədyönlü olduğu vurğulanıb.  Karyeranın əsasən 4  mərhələdə formalaşdığını  və burda daha çox inkişaf mərhələsində uğur qazanıldığı bildirilib. Kariyera seçimi edərkən müxtəlif səbəblərin olduğu da vurğulanıb. Tədbirdə karyera məqsədlərinin müəyyən edilməsindən şəxsi baxış strategiyasının vacibliyindən,  karyera məqsədlərinin müəyyən edilməsində əsas hansı mərhələlərin rol oynadığında və şəxslərin  hansı amilə görə işləmək istədikləri haqqında ətraflı məlumat verilib.

Daha sonra Naxçıvan Tibb Kollecinin metodisti Səidə Şahverdiyeva mövzu ilə bağlı öz fikirlərini bildirib.

​Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.Tədbirdən 88 nəfər yararlanıb.

“Ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinə tövhəsi”

29 sentyabr 2023-cü il tarixdə Naxçıvan Tibb Kollecində  Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər silsiləsindən “Ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinə tövhəsi” mövzusunda 1 kurs tələbələrilə görüş keçirilmişdir. Tədbirdə kollecin direktoru Sona Məmmədova çıxış edərək bildirmişdir  ki, bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.
       Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı.Ümummilli lider Heydər Əliyev gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etdi. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları bu qəbildəndir. Qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib.
          Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.

Sonra kollecin tarix müəllimi Aynur Sevdimalıyeva  “Ümummilli lider Heydər Əliyevin gənclər siyasəti”  mövzusunda çıxış etmişdir

27 sentyabr "Anım Günü" 2023

27 sentiyabr 2023-cü il tarixdə kollecimizdə “ Anım Günü” nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə kollein direktoru Sona Məmmədova açaraq bildirmişdir.Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

Ölkə Prezidentinin imzaladığı Sərəncamda da qeyd edilir: “Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir”

Daha sonra kollecin metodisti Səidə Şahverdiyeva “Ali Baş Komandan ətrafında birləşən Azərbaycan ”  mövzusunda çıxış etmişdir.Tədbirin sonunda “Anım Günü”nə həsr olunmuş videoçarx izlənilmışdır.                                                                           

Bilik Günü 2023

     26 sentyabr 2023-cü il tarixdə Kollecimizdə  Bilik Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirmişdir ki,  Bilik Günü - Azərbaycan təhsil müəssisələrində dərslərin başladığı gün kimi qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir.

      Bu gün tələbə, müəllim və professorların yeni dərs ilinin başlanması bayramıdır. Ənənəvi olaraq, bu gün məktəblərdə dərs ilinin başlanmasına həsr olunmuş təntənəli yığıncaqlar keçirilir.  Payız ən həyəcanlı və təntənəli bayramla başlayır. Üzlərində təbəssüm, əllərində gül dəstələri ilə milyonlarla uşaq, yeniyetmə, tələbə Bilik Saraylarına tərəf axışır. Bu gün onların qarşısında məktəblərin və digər təhsil ocaqlarının qapıları açılacaq, burada artıq təcrübəli müəllimlər bəşəriyyətin mövcud olduğu bütün tarix boyu topladığı bilik sərvətlərini bölüşmək üçün onları gözləyirlər.

Daha sonra kollecin şöbə müdiri Sahibə Quliyeva  və metodist Səidə Şahverdiyeva  tələbələrimizi Bilik Günü münasibətilə təbrik etmiş birinci kursa qəbul olan gənclərimizə kollecdaxili nizam-intizam qaydalarından, tədrisimizin kefiyyətindən, maddi texniki bazamizdan danışaraq onları məlumatlandırmışlar.

Kollecimizin yuxarı kurs tələbələrindən Həsənova Zəhra, Süleymanov Eldəniz, Nurəliyeva Sevgi kollecdə təhsil aldıqları ixtisaslardan, nəyə görə tibb kollecinidə təhsil almaq istədiklərindən və gələcəkdəki təhsillə bağlı planlarından danışmışlar.

       Sonda Ümummilli Liderin Heydər Əliyevin təhsillə və müəllimlə  bağlı dediklərini əks etdirən slayt izlənilmişdir.

100 illik yubuley çərçivəsində "Təhsil millətin gələcəyidir"

25 sentyabr 2023-cü il tarixdə Kollecimizdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən tədbirlər silsiləsindən “Təhsil millətin gələcəyidir” mövzusunda tədbir keçirilmişdir.

            Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirmişdir ki, Azərbaycan təhsilinin inkişafı ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.

Ölkədə yeni ali təhsil müəssisələri açılıb, təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilib, lazımi avadanlıqla təchiz olunub. Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Bütün sahələrə, ocümlədən elm və təhsilə diqqət və qayğı daha da artırıldı. Bu təsadüfi deyildi. Çünki bu dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir.

            Bizdə bir təhsil müəsisəsi olaraq öz üzərimizə düşən vəzifələri və öhtəlikləri layiqincə yerinə yetirməliyik.

Daha sonra kollecin kitabxana müdiri Leyla Əliyeva “Ümummilli Liderin təhsilə qayğısı” mövzusunda çıxış etmişdir.

 

Bizi sosial şəbəkələrdə izləyin