H.Əliyev 100 illik yubuleyi açıq dərs

     26 aprel 2023-cü il tarixdə Naxçıvan Tibb Kollecində Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin sərəncamına əsasən Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar açıq dərslər keçirilir  dərsimizdə kollecin tarix müəllimi Sevdimalıyeva Aynur müəllimÜmummili Lider Heydər Əliyev irsinindən danışaraq bildirmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

Zərifə Əliyeva 100 illik yubiley tədbiri

28 aprel 2023-cü il tarixindəNaxçıvanTibbKollecində Zərifə ƏzizqızıƏliyevanın 100 illiyinəhəsrolunmuştədbirkeçirilmişdir.Tədbirdəkollecindirektoru Sona Məmmədova çıxış edərək bildirmişdir. Bu il Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın 100 illiyi tamamolmaqdadır. Ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə akademik Zərifə Əliyevanın 100 illikyubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirilməsit apşırılıb.  Zərifə  xanımın  bütün  mənalı    ibrətamiz  həyatı    fəaliyyəti  çoxşaxəliliyi  ilə  fərqlənmiş, başqaları  üçün  gözəl  nümunə  olmuşdur. Bu gün  anadan  olmasının  100 illiyi  ərəfəsində  loğman-həkimin  şərəfli  adı, bu  bənzərsizinsanınişıqlı  obrazı  cilalanmış  almaz  kimi  göz  önündə  canlanır.  

Bu  məqamda  onun  sədaqətli    sevimli  ömür-gün  yoldaşı, Azərbaycan  xalqının  böyük  oğlu, ümummilli  liderimiz    ulu  öndərimiz  Heydər  Əliyevin  onun  haqqında  sidqi-ürəkdən  dediyi  hikmətli  sözlər  necə    qürurla  səslənir: «Zərifə  xanımın  tibb  elmi  sahəsində  xidmətlərindən  biri    göz  müalicəsi, tədqiqatı  idi. Mənə  belə  gəlir  ki, onun  iki  dəyərli  irsi  vardır. Birincisi, Azərbaycanda  ilk  dəfə  deontologiyanı  bir  elm  kimi  meydana  gətirib. İkincisi, Zərifə  xanım  çalışıb  ki, bizim  gələcək  nəsilləri  irsi  xəstəlikdən   xilas  etsin, sağlamlaşdırsın». 

Gözəl ana, vəfalıömür-günyoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elmin əəvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim - Zərifə xanım Əliyeva. Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda Ulu Tanrının bu ən yüksək mənəvi xüsusiyyətlərini bəxşetdiyi böyük insanın obrazı canlanır,  gözlərimiz önündə onun portreti yaranır. Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, Onun fəaliyyətinə nəzər salarkən, bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə xanımın fitriist edada malik novator alim, pak  nadir   , keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Daha sonra kollecin müəllimləri Zərifə xanım Əliyevanın həyat və yaradıcılığından danışılmış və video çarx izlənmişdir.

17 aprel Hemofiliya Günü 2023

17 aprel  2023-cü il tarixdə Naxçıvan Tibb Kollecində “17 aprel Hemofiliya Günü” ilə əlaqədar olaraq tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirmişdir ki, adətən xəstəlikdən kişilərr əziyyət çəkirlər,qadınlar isə hemofiliyanın daşıyıcısı kimi çıxış edirlər və xəstəliyə tutulmurlar. Lakin onlar xəstə oğlan uşaqları və ya daşıyıcı qız uşaqları dünyaya gətirə bilərlər. Hemofiliya X xromosomda bir genin dəyişilməsi nəticəsində yaranır. Bu genin dəyişilməsi-mutasiyası qanın laxtalanmasını təmin edən VIII və IX faktorların qanda  əskik olmasına səbəb olur. Bu iki zülalın qanda olmaması, miqdarının azalması ya da funksiyasının pozulması vəziyyətində qan laxtalanmır və qanaxmaya səbəb olur. Hemofiliya xəstələrinə əzələdaxili, dərialtı və dəriiçi iynələrin vurulması qadağandır. Operativ müdaxilələr isə xəstələrə  antihemofil preparatlar vurulduqdan sonra aparıla bilər.

H.Əliyev dərsi

     Dərsimizdə kollecin tarix müəllimi Sevdimalıyeva Aynur müəllim  Ümummili Lider Heydər Əliyev irsinindən danışaraq bildirmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

7 Aprel Sağlamlıq Günü

 

     Tədbiri giriş sözü ilə kollecin direktoru Sona həkim açaraq bildirmişdir ki, Ümumdünya Sağlamlıq Günü sağlamlığın və səhiyyənin problemlərinə yönələn və planetin hər bir sakininin sağlamlığın qorunması və əmin-amanlığının təmin edilməsi üçün birgə fəaliyyət göstərməyə xidmət edən tədbirdir. 1950-ci ildən başlayaraq hər il aprelin 7-si Ümumdünya Sağlamlıq Günü ənənəvi olaraq qeyd edilir. Həmin gün ictimaiyyətin diqqəti Dünya Səhiyyə Təşkilatının prioritet hesab etdiyi sağlamlığa aid qlobal miqyasda vacib əhəmiyyət kəsb edən bir mövzuya həsr olunur və müxtəlif şüarlar altında keçirilir: "Fəallıq uzun ömür yaşamağa aparan yoldur", "Hamiləlik həyatda xüsusi hadisədir. Onu təhlükəsiz edək", " Sağlamlığı iqlim dəyişikliklərindən qoruyaq", "1000 şəhər – 1000 həyat" və s. olub. Qeyd edək ki, 2014- cü ildə həmin gün “Kiçik sancma böyük təhlükə mənbəyidir”, 2015-ci ildə ”Qida məhsullarının təhlükəsizliyi”, 2016-cı ildə “Diabetə qalib gələk”, “Depressiya: gəlin danışaq” şüarları altında keçirilib.

   7 aprel 2023-cü il üçün mövzu Hamı üçün Sağlamlıqdır. Bu deviz Ümumdünya Səhiyyə Təşkilatının yaradılmasının 75 illiyinə həsr olunub.

     Daha sonra kollecin həkim müəllimi Vüsalə Babayeva Ümumdünya Sağlamlıq Günü mövzusunda çıxış etmişdir.

31 Mart soyqırımı

31 mart 2023-cü ildə Naxçıvan Tibb Kollecində “31 mart Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş tədbir keçirildi tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirdi ki,  1918-ci il martın sonlarından başlayaraq Azərbaycanda ermənilər tərəfindən növbəti dəhşətli soyqırımı aktı həyata keçirilib. Ölkənin müxtəlif bölgələrində törədilən qətliamlar nəticəsində on minlərlə Azərbaycan türkü və digər xalqların nümayəndələri vəhşicəsinə qətlə yetirilib. Sovet dövründə bu faciə bizə unutdurulmağa çalışılsa da, son vaxtlar bu soyqırımı aktına dair çoxsaylı faktlar və sənədlər aşkarlanır və dünya ictimaiyyətinə çatdırılır. 1918-ci ilin martında ermənilər tərəfindən Azərbaycan türklərinə və burada yaşayan digər xalqlara qarşı törədilən kütləvi qətllər 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət oldu. Bu Fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da bir növ proqram sənədidir. 

     Sonra kollecin tələbələri Həsənova Zəhra, Qurbanov    Ramiz, İbrahimova Fatimə “Azərbaycanlıların soyqırımı və deportasiyası”  Seyidli Məsmə, İsmayılova Nurtac, Eynallı Nəzrin,Məmmədli Selenay, Qasımova Fidan “ Dövrün görkəmli şəxsiyyətləri və 31 mart hadisələrində rolları”                                                                                                                           

Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubleyi ilə bağlı dəyirmi masa

16 mart 2023 –cü il tarixdə Naxçıvan Tibb Kollecində tədbir keçirilmişdir. Tədbirdə kollecin direktoru Sona Məmmədova çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə 2023-cü ili  “Heydər Əliyev İli” olmasıyla bağlı sərəncam imzalamışdır..Bizdə Naxçıvan Tibb Kolleci olaraq sərəncamın icrasıyla bağlı tədbirlər planı hazırlamış və bu plana əsasən bir çox tədbirlər keçirməyə başlamışıq.Bugünkü dəyirmi masamızda Ümummilli Lideri Heydər Əliyevin dilimizə verdiyi dəyərdən danışacayıq

      Heydər Əliyevin ömrü Azərbaycanın iyirminci əsr tarixinə müdriklik, vətənpərvərlik, insanlıq, Azərbaycançılıq kimi bəşəri dəyərləri bəxş etməklə bərabər, həm də yeni tariximizdə xalq-rəhbər birliyinin yenilməzliyini həqiqətə çevirdi. Xalqına, dininə, dilinə, tarixinə, adət-ənənəsinə sadiq olanların daim yaşayacağını sübut etdi, bəşəriyyət, azad dünya, xoşbəxt gələcək üçün qurub yaradanların daim xatırlanacağını göstərdi. Heydər Əliyev öz əməli fəaliyyəti ilə nəinki Azərbaycan, insanlıq, bəşəriyyət üçün dəyərli bir tarix yaratdı. Bu, bəşəri ideyaların ölməzliyi, azadlığın, insanlığın, ağıl və təfəkkürün, xalq məhəbbətinin yenilməzliyi tarixidir.Ulu öndər irqindən, dilindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir kəsə hörmətlə yanaşır, insani keyfiyyətləri - səmimiliyi, düzgünlüyü, xeyirxahlığı, alicənablığı, dostluğu, qətiyyətliyi, kamilliyi, qoçaqlığı yüksək qiymətləndirir, ağıllı və savadlıları seçib ayırır, sənət adamlarına həssaslıqla yanaşır, xalqla bir yerdə olmaqdan, insanların rəğbətini qazanmaqdan qürur duyurdu. Heydər Əliyev təhsilə və gənclərə böyük önəm verirdi hər çixişinda hər görüşündə gənclərin millətin gələcəyi olduğunu vurğulayırdı..Bizdə çalışmalıyıq ki, Ümummilli lider Heydər Əliyevin ideya və məqsədlərinə sadiq qalaq və layiq olaq.                  Daha sonra kollecin tələbələri  hazırladıqları çıxışlar və slaytlarla çıxış etmişdilər.

Ümümdünya Vərəmlə Mübarizə günü 24 MART

Tədbirdə kollecin direktoru Sona Məmmədova çıxış edərək bildirmişdir ki, cəmiyyətdə vərəm xəstəliyinə və vərəmlə xəstələnənlərə münasibətin pis olması, insanlarda bu xəstəlik və onun müalicə edilərək tam sağala bilməsi haqqında yetərli məlumatın olmaması səbəbindən bəzən vərəmin diaqnostikası çox gecikir, ya da xəstələr qeydiyyata düşməkdən və müalicədən yayınır. Ancaq bilmək lazımdır ki, vərəmlə hər bir kəs ömrünün istənilən dövründə xəstələnə bilər. Əbəs yerə deyilməyibdir ki, vərəm elə xəstəlikdir ki, əvvəlcədən öz vizit kartını heç kəsə göndərmir. Döğrudur vərəmlə xəstələnməyə görə risk qruplarından olan, yəni, şəkərli diabet olan, hormonal preparatlar qəbul edənlər, qidalanması, yaşayış şəraiti yaxşı olmayanlar və s. şəxslər bu xəstəliyə daha çox tutulur. Ona görə də bu qrupdan olan insanlar vərəmin heç bir əlaməti müşahidə edilməsə də ildə 1-2 dəfə bu xəstəliyə görə profilaktik müayinədən keçməlidirlər. Amma hər kəs vərəmlə xəstələnə bilər. Vərəmlə xəstələnməmək üçün normal qidalanmaq, düzgün gün rejiminə əməl etmək, idmanla məşğul olmaq, immuniteti zəiflədən faktorlardan və zərərli vərdişlərdən uzaq olmaq lazımdır.

          Daha sonra kollecin müəllimləri Səidə Şahverdiyeva ağciyərin anatomofiziologiyasından, Sahibə Quliyeva vərəm xəstəliyinin etiologiyası, klinikası, profilaktikası və mantu sınağının qoyulma qaydası haqqında məlumat vermişdir.

1 Mart mülkü müdafiyə 2023

 

1 Mart 2023-cü il tarixdə Naxçıvan Tibb Kollecində "1 Mart Mülkü Müdafiyə Günü" nə həsr olunmuş tədbir keçirilmişdir.Tədbirdə Kollecin direktoru Sona Məmmədova, kollecin metodisti Səidə Şahverdiyeva, kollecin hərbi rəhbəri Bakir Ağalarov və Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Azadə Cəfərova günün önəmi barədə çıxışlar etmişdilər. Daha sonra Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən orta ixtisas təhsili müəsisələri tələbələri arasında keçirilən "Fövqəladə hallar zamanı ilk yardım " yarışında 1 -ci yeri tutan Naxçıvan Tibb Kolleci komandasının üzvləri çıxış edərək qalibiyyət sevincini digər tələbələrlə bölüşmüşdülər.

Xocalı faciəsindən 31 il keçir

     Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirmişdir ki,  Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyiyi münasibətilə Azərbaycan xalqına müraciətinə qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".

    Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir.1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Qarabağ ətrafında başlayan hadisələr erməni ideloloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.

    Daha sonra kollecin metodisti Səidə Şahverdiyeva Xocalı hadisələrinin tarixi haqqında çıxış etmiş, kollec  tələbələri “ Xocalı Soyqırımını unutmayaq! Unutdurmayaq!” adlı bədii hissə ilə tədbirdə iştirak etmişdir.

Bizi sosial şəbəkələrdə izləyin