12 dekabr Anım Günü 2023

12 dekabr 2023-cü il tarixdə Naxçıvan Tibb Kollecində Ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə kollecin direktoru Sona həkim açaraq bildirmişdir ki, tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.Göstərdiyi yüksək diqqət və qayğı ilə, imzaladığı fərman və sərəncamlarla, keçirdiyi çoxsaylı görüşlərlə, söylədiyi dərin məzmunlu nitqlərlə uzaqgörən sərkərdə milli sərhəd siyasətimizi formalaşdırmış, ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını zərgər dəqiqliyi ilə müəyyənləşdirmişdir Heydər Əliyevi Anım Günü ilə bağlı yad etmək, onun liderlik və xidmətlərinə vurğu etmək, ölkəsinin tarixindəki müstəqil dövrün əhəmiyyətini və inkişafını vurğulamaq, və onun həyat yolu və irsi ilə bağlı məlumatları öyrənmək bir vətəndaş kimi borcumuzdur.Bu gün  Ümummilli lideri Heydər Əliyevi dərin hörmət və ehtiramla anırıq.

Daha sonra kollecin müəllimləri Pakizə Babayeva və Aynur Sevdimalıyeva Ümummilli lideri Heydər Əliyev haqqında çıxışlar etmiş və günün önəmindən bəhs edən video çarx izlənilmişdir.

 

Bizi sosial şəbəkələrdə izləyin