1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günüdür

 

29.11.2019-cu il tarixdə Naxçıvan Tibb Kollecində  “1 dekabr Ümümdünya QİÇSlə mübarizə Günüdür” mövzusunda maarifləndirici tədbir keçirildi.

Tədbir giriş sözü ilə kollecin direktoru S.Məmmədova çıxış edərək bildirmişdir ki, Hər il dekabr ayının 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir. QİÇS-lə Mübarizə Gününün məqsədi dünya ictimaiyyətinin diqqətini bu problemin həllinə cəlb etməkdən, insanları maarifləndirməkdən ibarətdir. XXI əsrdə bəşəriyyətin qarşılaşdığı ən böyük problemlərdən biri QİÇS - Qazanılmış İmmun Çatışmazlığı Sindromu, adından da göründüyü kimi, insanla doğulan, insana xas xəstəliklərdən deyil.

Qeyd etmişdir ki, Azərbaycan QİÇS-lə mübarizə üçün bütün vasitələrdən istifadə edir, təbliğat fəaliyyətini günü-gündən gücləndirir, əhali arasında maarifləndirmə tədbirlərini artırır. Bu məqsədlə beynəlxalq təcrübədən də istifadə etməyə çalışır, həmin bəlaya qarşı qeyri-hökumət təşkilatlarının, xüsusilə gənclər birliklərinin səylərini birləşdirməyə çalışır. Məqsəd isə aydındır: insanları başa salmaq, maarifləndirmək yolu ilə onları daha çox real həyata bağlamaq, dağılan və dağıdılan deyil, daha çox qurulan və gözəlləşən dünyanın yanında görmək, yaşamaq və yaratmaq həvəsini, eşqini gücləndirməkdir. Bu yolda hər bir vətəndaş dövlətin, dövlət isə öz vətəndaşının yanında olmalıdır - istər xəstə olsun, istər sağlam.

Sonra Kollecin müəlliməsi C.Sevdimalıyeva “İmmun sitemi haqqında ümumi məlumat” və L.Vəliyeva “HİV virusu haqqında məlumat və qorunma yolları” mövzularında videoçarxlarla çıxış etmişlər.

 

Tədbirin sonunda tələbələrin sualları cavablandırıldı.

 

Tir növü üzrə birincilik

28 noyabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında atıcılığın "TİR" növü üzrə keçirilən muxtar respublika birinciliyində Naxçıvan Tibb Kolleci ikinci yerə layiq görülmüşdür.

 

Poliqon

27 noyabr 2019-cu il tarixdə Naxçıvan Tibb Kollecində "Naxçıvan Muxtar Respublikası-95" devizi altında ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında "Poliqon" Strateji İntellekt Oyunu üzrə III Universiada keçirilmişdir.

Rəqs müsabiqəsi

27 noyabr 2019-cu il tarixdə  2019-cu ilin oktyabr-noyabr aylarında "Ritmi hiss et. Sən də qatıl" rəqs müsabiqəsinin yekun konserti keçirilmişdir. Konsertdə Naxçıvan Tibb Kollecinin "Şərq Ulduzları" komandası "En yaxşı kollektiv" nominasiyası üzrə təltif olunmuşdur.

 

 

 

 

 

 

Əli və Nino əsərinin müzakirəsi

26.11.2019-cu il tarixdə  Naxçıvan Tibb Kollecində  M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları ilə kollecin tələbələri arasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə  “Oxunması zəruri olan kitablar”ın siyahısına salınmış Qurban Səidin  “Əli və Nino”  romanının müzakirəsi olmuşdur.

Tədbiri kollecin direktoru S.Məmmədova giriş sözü ilə açaraq bu kitabın müzakirəsinin tələbələr üçün əhəmiyyətli olduğunu  bildirmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova çıxış edərək bildirmişdir ki,  klassik Azərbaycan ədəbiyyatının ən dəyərli nümunələrindən olan bu əsər ilk dəfə 1937-ci ildə  Avstriyada  nəşr olunub. Əsər nəşr olunduqdan qısa müddət sonra   böyük oxucu  kütləsi qazanıb və  dövrümüzədək öz aktuallığını  itirməyib. Vurğulanıb ki, Azərbaycan tarixinin ən mühüm dövrlərini əhatə edən  bu roman hər biz azərbaycanlıda vətən sevgisi, vətənə bağlılıq hissləri  oyadır. Əsər 1914-1920-ci illərdə Bakıda baş verən hadisələri tam dolğunluğu ilə əks etdirir.

Sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının  proqramçısı Aytən Məmmədova “Qurban Səidin  həyat və  yaradıcılığı”  və həmin kitabxananın elmi katibi Günay Kəngərli “Əli və Nino əsərinin sujet xətti” mövzusunda çıxış etmişlər.

       Sonra kollecin tələbəsi Günay Zeniyeva  əsər haqqında çıxış edərək bildirmişdir ki, romanda Azərbaycanın müstəqillik uğrunda verdiyi mübarizənin çətinliyindən bəhs olunur.  Obrazlar çox çətin həyat keçirir. Yazıçı vətənimizin düşmən işğalına məruz qaldığını, necə ağrılı-acılı günlər keçirdiyini axıcı bir dillə oxucuya təqdim edir.

    Sonda tələbələrin sualları cavablandırıb.

 

Naxçıvan Tibb Kollecində Maarifləndirici tədbir

21 noyabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılğı ilə Naxçıvan Tibb Kollecində “Təhsil müəssisələrində yanğın təhlükəsizliyi məsələləri diqqət mərkəzində saxlanılır. Təhsil müəssisələrində elektrik qızdırıcı cihazlarından istafadə zamanı təhlükəsizlik qaydalarına əməl olunması, dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onun qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

          Tədbiri giriş sözü ilə Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova açaraq bu cür maarifləndirici tədbirlərin keçirilməsi təhsil müəssisələrində çalışan müəllimlər, texniki işçilər və eləcədə təhsil alan tələbələr üçün vacib olduğunu vurğulamış və təhsil ocağında yanğın təhlükəsizliyi məsələləri daim diqqət mərkəzində saxlanıldığını qeyd etmişdir.

          Sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Yanğın Nəzarəti və Yanğından Mühafizə işinin Təşkili bölməsinin rəisi daxili xidmət mayoru Mirtaleh Seyidov öz çıxışında Fövqəladə Hallar Nazirliyi tərəfindən Muxtar Respublikanın ali və ümumtəhsil tam orta məktəblərində yanğın təhlükəsizliyinin təşkili diqqət mərkəzində saxlanıldığını, yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərə əməl oluması, yanğın hadisəsi zamanı davranış qaydaları, müəllim və şagirdlərə insanların və əmlakın təxliyə olunması, təhlükəsiziliyin təmin edilməsi istiqamətində məlumat vermişdir. Məruzə ətrafında Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi  İdarəsinin Dövlət Yanğn Nəzarəti bölməsinin rəisi daxili xidmət kapitanı Etibar Məmmədov təhsil müəssisələrində mövcud olan yanğınsöndürmə vasitələrindən istifadə qaydaları , təhsil müəssisələrinə məxsus inzibati binaların , ərazilərin saxlanılması, elektrik , laboratoriya və kompüter otaqlarına olan yanğın təhlükəsizliyi tələbləri eləcə də yaradılmış  könüllü yanğın dəstəsinin fəaliyyəti və rolu haqqında iştirakçılara ətraflı məlumat vermişdir.

          Tədbir müddətində iştirakçılar tərəfindən verilən suallara aydınlıq gətirilmiş, “Yanğın təhlükəsizliyi və qaz cihazlarından istifadə qaydaları”  ilə bağlı videoçarx və slaydlar təqdim olunmuşdur.

Startap layihəsi

Naxçıvan Tibb Kollecində təhsil alan tələbələrin “Startap Naxçıvan” hərakatı və “Startup.nakhchivan.az” portalı ilə tanış edilməsi məqsədi ilə işçi qrup yaradılmışdır. İşçi qrup 14 və 20 noyabr 2019-cu il tarixlərində 200 tələbə ilə görüş keçirmiş və “Startup.nakhchivan.az” portalından istifadə qaydaları ilə tələbələri tanış etmişdir.

Tələbələrin “Startup.nakhchivan.az” portalı ilə  tanış edilməsi  davam etdiriləcəkdir.

Tələbələrlə qrup məşğələsi

19.noyabr 2019-cu il tarixdə Naxçıvan Tibb Kollecində  Naxçıvan Muxtar Respublikası Fövqaladə Hallar Nazirliyinin Mülki Müdafiə  işinin Təşkili Şöbəsinin Əhalinin mülki müdafiəyə və föqaladə hallara hazırlıq bölməsinin, mülki müdafiə qüvvələrinin hazırlığı üzrə baş məsləhətçisi Azadə Cəfərovanın III kurs tələbləri ilə mülki müdafiə sahəsində qrup məşğələsi keçrilmişdir. Məşğələnin keçirilməsində əsas məqsəd gələcəyin tibb işçiləri olan tələbələrin mülki müdafiə və fövqaladə hallar sahəsində düzgün yönləndirilməsi və fəlakət ocağında az vaxtda daha çox insana yardımın göstərilməsi olmuşdur.  Məşğələ zamanı tələbələrə Muxtar Respublikada ehtimal olunan fövqəladə hallar və bu zaman düzgün davranış qaydaları slayt və videoçarxlar vasitəsi ilə təqdim  edilmiş və sonda tələbləri maraqlandlran suallar cavablandırılmışdır.

12-18 noyabr Dünya Antibiotiklərdən Düzgün İstifadə Həftəsi

         18 noyabr 2019-cu il tarixdə Naxçıvan Tibb Kollecində “12-18 noyabr Dünya Antibiotiklərdən Düzgün İstifadə Həftəsi” ilə bağlı tədbir keçirilmişdir. Tədbiri kollecin direktoru S.Məmmədova giriş sözü ilə açaraq bildirmişdir ki,noyabr ayında Dünya Antibiotiklərdən Düzgün İstifadə Həftəsi keçirilir. Məqsəd mikrob əleyhinə preparatlara davamlılıq problemi barədə dünya ictimaiyyətini məlumatlandırmaq və antibiotiklərə davamlılığın daha çox inkişaf etməsinə  yol verməmək üçün bu sahədə qabaqcıl təcrübəni ictimaiyyət, səhiyyə işçiləri arasında təbliğ etməkdir.

          Daha sonra Naxçıvan Tibb Kollecinin həkimləri Aytən Əhmədova və İlkay Əliyeva “Antibiotiklərə həssaslıq və pnevmoniyalar zamanı antibiotiklərdən istifadə qaydarı” mövzularında vidoçarxlarla çıxış etmişlər

17 noyabr - Naxçıvan Dövlət Bayrağı Günü

        15 noyabr 2019-cu il tarixdə Naxçıvan Tibb Kolecində Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə kollecin direktoru, müəllim və tələbə kollektivi iştirak etdi. Tədbiri giriş sözü ilə kollecin direktoru S.Məmmədova açaraq bildirmişdir ki, Naxçvan Muxtar rsepublikası Ali Məclisinin Sədri Vasif Talıbovun  "Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında" 2014-cü il 17 noyabr tarixli Sərəncamına əsasən hər il noyabr ayının 17-si  Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı günü kimi qeyd edilir.

      Ali Məclisin 1990-cı il noyabrın 17də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycanın müstəqil, demokratik və dünyəvi dövlət kimi fəaliyyət göstərməsi üçün tarixi qərarlar qəbul edildi.  Ulu öndər bu barədə demişdir: "Naxçıvanda yaşadığım müddətdə burada cəsarətli addımlar atıldı.1990-cı il noyabrın 17-də biz Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik etdiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən elədik. Hələ kommunist partiyası da var idi, Sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözləri çıxarılsın. Çıxardıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunsun – milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır”.

    Dahi şəxsiyyətin işləyib hazırladığı və Ali Məclisdə yekdilliklə qəbul olunan “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” Qərar müstəqil Azərbaycan Respublikasının dövlətçilik tarixində ilk və mühüm dövlət sənədi kimi özünəməxsus yerə malikdir.

Həmin gün üçrəngli bayrağımız zala gətirilmiş, beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunmuşdur. Bununla da milli dövlətçiliyimizin dirçəliş prosesinin hüquqi əsaslarının yaradılmasına məhz ulu öndərimizin rəhbərliyi ilə Naxçıvandan başlanmışdı. O dövrdə dahi şəxsiyyətin Naxçıvanda həyata keçirdiyi tədbirlər müstəqillik tariximizdə mühüm mərhələ təşkil edir. Həmin dövrü xarakterizə edən Naxçıvan Muxtar RespublikasıAli Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Ulu öndər Heydər Əliyev Naxçıvanda siyasi fəaliyyət göstərdiyi qısa zaman kəsiyində müstəqil, demokratik və dünyəvi dövlət yaradılması üçün mühüm siyasi və ideoloji amilə çevrilən tarixi qərarlar qəbul etdi. Azərbaycanın müstəqil dövlət kimi sonrakı fəaliyyətinin bir sıra konseptual istiqamətləri məhz bu dövrdə işlənib hazırlandı. İlk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Dövlət Bayrağı kimi qəbul olundu”.

      Sonra kollecin müəlliməsi Rəna Vəliyeva "17 noyabr - Dövlət Bayrağı Günüdür" mözusunda çıxış etmişdir.

      Tədbirin sonunda kollecin tələbələri bayrağa həsr olunmuş şeirlərlə çıxış etmiş, videoçarxlar nümayiş etdirmişlər.

Bizi sosial şəbəkələrdə izləyin