Hava və Ekstremal İdman Növləri Federasiyası

19 mart 2021-ci il tarixində Naxçıvan Tibb Kollecinin metodisti Səidə Şahverdiyeva və Hava və Ekstremal İdman Növləri Federasiyasının üzvləri olan həmin kollecin tələbələri  federasiya üzvləri ilə birgə Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksini ziyarət etmişdir.

Azərbaycanlıların soyqırımı və deportasiyası

    31 mart 2021-ci il tarixdə Naxçıvan Tibb Kollecində “31 mart Soyqırım”  günü ilə əlaqədar tədbir kçeirilmişdir. Tədbirdə əvvəlcə soyqırım qurbanları və Vətənimizin uğrunda canından keçmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

      Tədbiri giriş sözü ilə Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova açaraq bildirmişdir ki, hər il mart ayının 31-i respublikamızda Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur, erməni ideoloqlarının dövlət səviyyəsində dəstəklədikləri soyqırımı və terror siyasətinin günahsız qurbanlarının xatirəsi dərin ehtiramla yad edilir. 1918-ci ilin martında daşnaq-bolşevik birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri amansız qətliamların əsas məqsədi azərbaycanlıları milli etnos kimi yer üzündən silmək, onların tarixi torpaqlarına yiyələnmək olmuşdur.

       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamı isə bu xalqın mübarizliyinin, öz hüquqlarını qorumaq əzminin günü-gündən yüksəldiyinin, hər an düşməndən qisas almağa hazır olduğunun, haqq işimizin qalib gələcəyinin ifadəsi kimi böyük ictimai-siyasi əhəmiyyət daşımasının ifadəsi oldu.

O, qeyd etmişdir ki, 2020-ci il sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin ölkə­mizə basqını Azərbaycan Ordusunu əks-hücuma keçməyə məcbur etdi. 30 ilə yaxın bir müddətdə düşmən tapdağı altında qalmış torpaqlarımızın alınması, beynəlxalq hüquqla təsbit olunan ərazi bütövlüyünün təminatı üçün bütün imkanlardan istifadə etdi, eyni zamanda XXI əsrin döyüş bacarıqlarını ortaya qoymaqla müasir dünyaya necə döyüşməyin nümunəsini göstərdi. Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin yüzlərlə tank, piyada döyüş maşınları, minaatan, müxtəlif çaplı artilleriya qurğuları, onlarla zenit-raket kompleksləri, radio elektron mübarizə vasitələri sıradan çıxarıldı, çoxsaylı hərbi texnikaları qənimət kimi ələ keçirildi.

Təbii ki, bu günədək əldə olunmuş nailiyyətlər, Azərbaycan əsgərinin gücü, onun döyüş hazırlığı, Ali Baş Komandan-xalq-ordu birliyindən qaynaqlanıb. Əgər Azərbaycan əsgəri hərtərəfli döyüş hazırlığına, yüksək vətənpərvərlik ruhuna malik olmasaydı, o zaman əlimizdəki müasir silahların da bir dəyəri olmayacaqdı. Ölkə başçısı da Şuşanın azad edilməsi xəbərini Şəhidlər xiyabanında səsləndirərkən bunu bir daha qeyd etdi: “Biz torpaqlarımızı xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına işğalçılardan azad edirik”.

        Sonra kollecin müəlliməsi Aynur Sevdimalıyeva “Azərbaycanlıların soyqırımı və deportasiyası” mövsunda çıxış etmişdir. O bildirmişdir ki, şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın.

        Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, əhalini uşaqdan böyüyədək qətlə yetirmişdir. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış.Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər.” Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır.

Tədbirin sonunda videoçarx izlənilmiş, sonra isə  kollecdə təşkil olunmuş sərgiyə baxış keçirilmişdir.

 

 

 

Yanğın Təhlükəsizliyi haqqında maarifləndirici tədbir

19 mart 2021-ci ildə Naxçıvan Tibb Kollecində yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərə əməl olunması qaydaları ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.  Tədbirdə kollecin hərbi rəhbəri Bakir Ağalarov çıxış edərək, tibb kollecində yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərə əməl olunması, yanğın hadisəsi zamanı davranış qaydaları, tələbələrin təxliyə olunması, təhlükəsizliyinin təmin edilməsi və onların qarşısının alınması haqqında məlumat vermişdir.

Tədbirin sonunda yanğın təhlükəsizliyi ilə bağlı slayd izlənilmişdir.

Ümumdünya Vərəmlə Mübarizə Günü

    

       19 mart 2020-ci ildə Naxçıvan Tibb Kollecində “Ümümdünya Vərəmlə Mübarizə Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirmişdir ki, vərəmin müalicəsi və profilaktikası istiqamətində yeniliklərə nail olmaq məqsədilə hər il martın 24-ü Ümumdünya Səhiyyə Təşkilatının və Vərəmlə Dünya Mübarizə Birliyinin təşəbbüsü ilə Ümumdünya Vərəmlə Mübarizə Günü qeyd edilir. Bu gündə vərəmdən əziyyət çəkənlər və onların yaşadığı cəmiyyət, vətəndaş cəmiyyəti təşkilatları, tibb işçiləri və digər tərəfdaşlar vərəmin qarşısını almaq məqsədilə müzakirə və gələcək əməkdaşlığın planlaşdırılması, bu istiqamətdə təbliğat işinin aparılması və müxtəlif tədbirlərin keçirilməsi üçün imkan əldə edirlər. Dünyada minlərlə insanın diqqəti vərəm probleminə yönəldilir, əhali qlobal vərəm epidemiyası ilə əlaqədar məlumatlandırılır, vərəmin profilaktikası, müalicəsi məqsədilə bir sıra tədbirlər keçirilir, vərəmlə mübarizədə məlumatlılığın artırılmasına, gələcək inkişafın siyasi və sosial təminatının möhkəmləndirilməsinə imkan yaranır. Vərəmlə mübarizədə yeni alətlərin tətbiqi bu xəstəliyə qarşı cavab tədbirlərinin görülməsinə yardım edir.

          O, qeyd etmişdir ki, Naxçıvan  Muxtar Respublikasında vərəmlə mübarizə məqsədilə Ağciyər Xəstəliklər Dispanseri fəaliyyət göstərir. Muxtar respublika rəhbərliyinin göstərişi ilə  hər il tam orta ümumtəhsil məktəblərində Mantu sınağı aparılır. Həmçinin vərəmli xəstələr lazımi dərman preparatları ilə təmin olunurlar.

Sonra Naxçıvan Tibb Kollecinin şöbə müdiri Sahibə Quliyeva “Uşaqlarda vərəmin etiologiya və klinikası” mövzusunda çıxış etmiş, Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova “Vərəmin müalicəsi” mövzusunda slaydla çıxış etmişdir.

 

 

Nizami Gəncəvinin hikmət xəzinəsi

17 mart 2021-ci il tarixdə NaxçıvanTibb Kollecində dahi şair Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.  Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmdəova açaraq bildirmişdir ki,  bütün zamanların ən böyük söz ustalarından olan ulu şair Nizami Gəncəvinin hər bir əsərinin obyekti insandır.

İnsanı kainatın əşrəfi, ən böyük yetirməsi, təbiətin nadir dürdanəsi hesab edən Nizami bəşər övladını öz adına layiq olmağa çağırır: ömrünü, varlığını yalnız böyük və nəcib əməllərə, xeyirxah, bəşəri qayələrə həsr edənlərin Tanrı xəzinəsində inci kimi yaşamağa layiq olduğunu bildirir. Kainatda hər şeyin insan üçün yarandığını deyən Nizami Gəncəvi qeyd edir ki, İnsan öz zəka gücü sayəsində ulduzları köhlən at kimi yəhərləyib çapa bilər. Deməli, bütün kainat onun hökmündə, iradə və ixtiyarındadır. Bu mənada, insana öz ləyaqətini düzgün qiymətləndirməsinə, onun özünü, kimliyini dərk etməsinə, həyatın mənasının nədən ibarət olduğunu aşılanmasına kömək edən və oxunması zəruri olan bəşəri kitablardan biri də Azərbaycanın dahi şairi Nizami Gəncəvinin "Sirlər xəzinəsi" əsəridir. 

Sonra kollecin metodisti Səidə Şahverdiyeva “Nizami Gəncəvinin həyat və yaradıcılığı” mövzusunda çıxış etmişdir.

Tədbirdə Nizami Gəncəvinin  2 qəsidəsi və “Xəmsə”yə daxil olan poemalardan hissələr Naxçıvan Tibb Kollecinin tələbələri tətəfindən səsləndirilmişdir.

Tədbirin sonunda, Nizami Gəncəvinin hikmət və nəsihətli sözlərindən hazırlanmış videoçarx izlənilmişdir.

 

 

Naxçıvanqala

Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin 2014-cü il 19 dekabr tarixli "Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında" Sərəncamına əsasən Naxçıvanda keçirilən "Muzey günləri" çərçivəsində 13 mart tarixində Naxçıvan Tibb Kolleci "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində olmuşdular.

5 mart Bədən tərbiyyəsi və İdman günü

5 mart 2021-ci il tarixində Naxçıvan Tibb Kollecində "5 mart Bədən tərbiyyəsi və İdman günü" ilə əlaqədar kollecin oğlanlardan ibarət voleybol komandaları arasında yarış keçirilmişdir. Yarışda qalib gələn komanda üzvləri diplomlarla təltif olunmuşdur.

Ümumdünya Mülki Müdafiə günü

    Naxçıvan Muxtar Respublikası Fövqaladə Hallar Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə gənclər "1 mart - Ümumdünya Mülki Müdafiə Günü" ilə bağlı keçirilən təlimdə iştirak ediblər.

   Təlimin nəzəri hisssəsində "1 mart - Ümumdünya Mülki Müdafiə Günü"nün əhəmiyyəti, mülki müdafiənin tarixi, məqsəd və prinsipləri haqqında şəxsi heyətə məlumat verilmişdir. Təlimin əməli hissəsində zərərçəkənlərə ilk yardımın göstərilməsi zamanı sanitarların fəaliyyəti, kinoloji bölmədə xüsusi təlim görmüş itlər vasitəsi ilə zərərçəkmişin tapılması, yanğından mühafizə tağımının şəxsi heyətinə yanğınsöndürənlərin döyüş paltarlarının geyinilməsi, döyüş açılışı tapşırığının yerinə yetirilməsi, radioaktiv kimyəvi və bakterioloji zəhərlənmələrdən mühafizə tədbirləri , hündür mərtəbəli binalardan müxtəlif üsullarla insanların təxliyyə edilməsi, qayıqlar və dalğıc avadanlıqları gənclərə nümayiş etdirilmiş, bir çox sahələrdə yarışlar keçirilmişdir.

Təlimdə Naxçıvan Tibb Kollecinin tələbələri iştirak etmişdir.

 

 

 

 

XX əsrin qan yaddaşı Xocalı soyqırımı

26.02.2021-ci ildə Naxçıvan Tibb Kollecində “Xocalı soyqırımı günü” ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə kollecin direktoru Sona Məmmədova çıxış edərək bildirmişdir ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin bölmələri ilə yanaşı keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının zirehli texnikası  7000 nəfərin əhalisi olan Xocalıya hücum etmiş, orada yaşayan etnik Azərbaycanlıları günahsız insanları, dinc sakinləri xüsusi amansızlıqla qətlə yetirərək genosid aktını həyata keçirmişdilər. Xocalıya 3 istiqamətdə hücum aparıldığından əhali Qarqar çayı istiqamətində meşələrə doğru qaçmağa məcbur olmuşdur. Bu kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla, 613 dinc sakin qətlə yetirilmiş, 1275 nəfər əsir götürülmüş, onlardan 150-sinin taleyi hələ də məlum deyil, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər 2 valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. Qarlı aşırımlarda və meşələrdə taqətdən düşmüş, zəifləmiş insanların çox hissəsi xüsusi qəddarlıqla məhv edilmiş və əksəriyyəti də təşviş içində yüngül geyimdə qaçdığından müxtəlif dərəcəli donvurmanın qurbanı olmuşdular.

Ümummillider  H. Əliyev bu faciəni ən qəddar soyqırımı kimi dəyərləndirərək deyirdi: “Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı ilə, qeyri-insani cəza üsulları ilə, bəşər tarixində bir vəhşilik aktıdır və vəhşiliyin görünməmiş təzahürüdür”.

Sonra kollecin kitabxana müdiri, Leyla Əliyeva “ XX əsrin qan yaddaşı Xocalı soyqırımı” mövzusunda çıxış edərək bildirmişdir ki, tarixin ən dəhşətli faciəsi olan Xocalı soyqırımından 29 il ötür. Erməni faşizminin mənfur xislətini göstərən bu kütləvi soyqırım, Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin davamı olmaqla, təkcə azərbaycanlılara yox, bütövlükdə insanlığa qarşı yönəlmiş bir cinayətdir.

Son 2 əsrdə Azərbaycan torpaqları hesabına öz dövlətini yaradan, ərazilərini genişləndirən erməni millətçiləri dəfələrlə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə siyasəti aparmışlar. Bu gün Azərbaycan ordusu düşmənin çirkin niyyətləri qarşısında ən böyük və keçilməz bir maneədir. Belə ki, Azərbaycan dünya hərb tarixində ən ədalətli müharibə aparan tərəf kimi tarixə düşmüşdür.

Ötən əsrdə 2 dəfə müstəqilliyini elan etmiş ölkəmiz bu yolda minlərlə şəhid vermiş və nəhayət 29 ildən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir. Bu gün Azərbaycanın suverenliyi təmin olunub, müstəqil dövlətimiz qurulub, ölkəmizin hərbi gücü artıb və getdikcə artır. Ali Baş Komandamızın və Milli Ordumuzun səyi nəticəsində işğal altında olan torpaqlarımız azad edilmiş, Xocalıda soyqırıma məruz qalmış soydaşlarımızın qanı yerdə qalmamışdır.Hər bir vətəndaşın ümdə vəzifəsi gənc nəslə qürur yeri olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvər ruhda böyütmək, torpağına bağlı, millətinə hörmət hissi ilə tərbiyə  etməkdir.      

Tədbirin sonunda kollecin tələbələri Aysu Fərzəliyeva “Xocalı faciəsi -Azərbaycan xalqına və insanlığa qarşı törədilmiş  dəhşətli cinayətdir !”mövzusunda çıxış etmiş, Leylan Cəfərova “Xocalı” şeirini səsləndirmişdir.

2 Fevral

  

    02.02.2021-ci ildə Naxçıvan Tibb Kollecində 2 Fevral Gənclər Günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə kollecin direktoru Sona Məmmədova çıxış edərək bildirmişdir ki, Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır.

Sonra kollecin metodisti, Səidə Şahverdiyeva “Ümumilli lider Heydər Əliyevin gənclərlə bağlı siyasəti” mövzusunda çıxış etmişdır. O, çıxışında qeyd etmişdir ki, Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.

Tədbirin sonunda kollecin tələbəsi Çinarə Məmmədova “Azərbaycan gənçliyi, gənçliyimiz gələcəyimizdir” mövzusunda çıxış etmişdir.

Bizi sosial şəbəkələrdə izləyin