Basketbol Birinciliyi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  14 fevral 2020-ci il tarixli “2020-2025-ci illər üçün Naxçıvan M uxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamına uyğun olaraq, “18 oktyabr  Azərbaycan Respublikasının Müstəqilliyi Günü”nə həsr edilmiş, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin oğlan komandaları arasında Naxçıvan MR Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublika Basketbol Federasiyasının rəhbərliyi nəzarətində basketbol üzrə  Naxçıvan Muxtar Respublikası birinciliyi keçirilmişdir. Birincilikdə Naxçıvan Tibb Kollecinin komandası iştirak etmişdir.

Birinciliyin məqsədi basketbol idman növünün təbliğ edilməsi, ən güclü komanda və idmançıların aşkar edilməsi, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin oğlanlardan ibarət yığma komandasının tərkibinin müəyyən edilməsidir.

Birincilikdə Naxçıvan Tibb Kollecinin komandası  üçüncü yerə layiq görülmüşdür.

Birincilik

   

 

“26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü” münasibətilə atıcılığın TİR növü üzrə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında TİR atıcılığı idman növünün təblig edilməsi və TİR atıcılığı idman növünün kütləviliyinə nail olunması, idman kollektivləri arasında dostluq əlaqələrinin gücləndirilməsi, muxtar respublikada ən yaxşı atıcıların müəyyən edilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyyə edilməsi, gənclər arasında döyüş qabiliyyətinin artırılması və müdafiə vərdişlərinin formalaşdırılması məqsəd ilə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmişdir. Birinciliyin keçirilməsinə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Naziriliyi və Naxçıvan Muxtar Respublikasının Atıcılıq Federasiyası  rəhbərlik etmişdir. Birincilikdə Naxçıvan Tibb Kollecinin komandası iştirak etmiş, oğlanlar arsında Babaəmir Hacıyev I yerə,  qızlar arasında Səkinə Məmmədova  III yerə, kollecin komandası  II yerə layiq görülmüşdür.

İlk tibbi yardım

   

Naxçıvan Tibb Kollecində 01.06.2021-ci il tarixdə  “Sağlam gələcək” devizi altında “İlk tibbi yardım” təlimi keçirilib. Təlimdə giriş sözü ilə çıxış edən kollecin direktoru S.Məmmədova tədbirin məqsədi haqqında məlumat verərək qeyd etmişdir ki, fəlakət zamanı hər hansı zədə almış və ya qəfildən xəstələnmiş bir şəxsin həyatını qurtarmaq üçün həkiməqədər ilk tibbi yardım çox vacib və əhəmiyyətli məsələdir. Yalnız tibb işçilərinin deyil, hər kəsin ilkin tibb yardım haqqında məlumatı olmalıdır. Həyata keçirilən bu tədbir bədbəxt hadisələr zamanı həkimə qədər necə yardım edilməsini göstərir, tələbələrin bilik və bacarıqlarının inkişaf etdirilməsinə şərait yaradır, eyni zamanda onlara böyük stimul verir. Tələbələrin tədbir zamanı ilk tibbi yardım göstərilməsinə dair əldə etdikləri faydalı məlumatlar və praktik biliklər gələcəkdə onlara zərərçəkənlərə yardımçı olmaqda kömək edəcək. Bu tədbirin tələbələr üçün uğurlu bir layihə olduğunu qeyd edən S.Məmmədova tədbir iştirakçılarına uğurlar arzu edib.

       Tədbir zamanı aşağıda qeyd olunan mövzularla bağlı nəzəri və təcrübi biliklər verilib:

  Tibbi yardım ardıcıllığının müəyyənləşdirilməsi (qan dövranı, nəfəs yolu, tənəffüs)

  Huşsuz insana yardım. Xəstəyə ilk yardım vəziyyətinin tətbiqi

  Ürək-ağciyər reanimasiyası

  Qanaxmalar zamanı yardım

  Sadə sarğıların tətbiqi

  Kimyəvi yanıqlar zamanı yardım

  Xəstəliklərin və kəskin tibbi vəziyyətin ilkin müalicəsi

  Qida zəhərlənmələri zamanı yardım

  Boğulma, cərəyanvurma zamanı yardım

  Şok, hipotermiya və günvurma zamanı yardım

  İlan, həşərat və heyvan dişləmələri zamanı yardım

  Yumşaq toxumaların zədələnməsi. Sınıqlar. Baş və bel sütunu xəsarətləri. Xəsarət almış  

  hissələrin hərəkətsizləşdirilməsi

     Tədbirdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları qonaq qismində iştirak edib.

Xatirə Muzeyi

Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin 2014-cü il 19 dekabr tarixli "Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında" Sərəncamına əsasən Naxçıvanda keçirilən "Muzey günləri" çərçivəsində 12 iyun tarixində Naxçıvan Tibb Kolleci "Xatirə “ muzeyində olmuşdular.

Balaca Şahzadə

27 may 2021-ci il tarixdə Naxçıvan Tibb Kollecinin kitabxanasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilən və gənc nəsildə vətənpərvərliyin, milli kökə bağlılığın formalaşmasına xidmət edən  “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil edilən fransız ədəbiyyatının görkəmli şair, yazıçı Antuan de Sent Ekzüperinin “Balaca Şahzadə” əsərinin müzakirəsi keçirilmişdir.  Tədbiri giriş sözü ilə açan kollecin kitabxana müdiri Leyla Əliyeva bildirmişdir ki, gənclərin dünyagörüşünün formalaşması, intellekt səviyyəsinin yüksəldilməsi, bilik və bacarığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, həmçinin vətənə, cəmiyyətə layiq əsl vətəndaş kimi yetişməsində “Oxunması zəruri olan kitablar”ın  mühüm rolu var. O, qeyd etmişdir ki, bu əsər yazıçının yaradıcılığında mühüm yer tutatn dəyərli əsərlərdəndir. Bu gün, A.S.Ekzüperinin “Balaca Şahzadə” əsərinin uşaqlar, böyüklər eyni həvəslə oxuyur. Əsərdə balaca şahzadənin gözü ilə böyüklərin, yetkin insanların həyatı, düşüncələri, həyat fəlsəfələri, insanlıq mövzularına toxunulur. Əsərdəki personajlar oxucuya dərin mənası olan fəlsəfi mesajlar verir. Bu əsərdəki qəhrəmanların başlıca məqsədi, dəyişik səbəblərdən insanlar arasında qırılmış əlaqələri bərpa etməkdir.

 Bu əsərdə onlar sübut etməyə çalışırlar ki, insan bəşəriyyətdən ayrı yaşıya bilməz. İnsana- insan nəfəsi, insan yaxınlığı, insan doğmalığı gərəkdir. Bildirilir ki, insan həmrəyliyi bizim gücümüzü artırır, ən ağır çətinlikləri dəf etməyə imkan verir. Balaca şahzadə özü əslində yazıçının daxili nikbinliyindən doğmuşdur. Əsərdəki  qəhrəman humanizmin simvoludur, dost yolunda hər cür əziyyətə dözməyə hazır bir obrazdır. Ekzüperi əsərlərinin birində deyilir ki, dünyanı ləyaqət xilas edə bilər. Dünyanın xilas yolu ancaq rəhmli, mərhəmətli olmaqla yaradılmışların hamısına, insanların daxili dünyalarına hörmət edilməsindədir. Bu ibrətamiz nağıl yazıçının uşaqlıq xatirlərində ibarətdir. Yazıçın əsərləri birdaha sübut edir ki, humanizm böyük ədəbiyyatın mayası olaraq qalmaqdadır.

    Sonra kollecin tələbələri Aygün Musayeva “Yazıçının həyat və yaradıcılığı”, Hüseyn Bədəlov “Yzıçın ayrı ayrı əsərləri haqqında”, Özləm Əliyeva, Vəfa Orucova, Könül Tağıyeva “Balaca Şahzadə əsərinin qısa məzmunu haqqında”, Mirvari Rüstəmova “Əsərdən yaddaşımıza həkk olunan bəzi məqamlar” , Günay Zeyniyeva  “Əsərin təhlili” mövzularında çıxış etmişlər.

Təkmilləşdirmə kursları

Naxçıvan Tibb Kollecində, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan tibb  müəssisələrində çalışan orta tibb işçiləri üçün təkmilləşdirmə kursunun  keçirilməsi davam etdirilir. Bu məqsədilə 17.05.2021-ci il tarixdən 10.06.2021-ci il tarixədək “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” publik hüquqi şəxsi, “Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası” publik hüquqi  şəxsi, “Şərur Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin müvafiq ixtisas üzrə tibb bacıları və feldşerləri üçün “Ağciyərlərin suni ventilyasiyası” üzrə təkmilləşdirmə kursu keçirilir. Təkmilləşdirmə kursunun nəzəri hissəsinin kollecdə, praktik hissəsinin “Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsi və “Naxçıvan Diaqnostika Müalicə Mərkəzipublik hüquqi şəxsində keçirilməsi planlaşdırılmışdır. Nəzəri hissə mulyaj, slayd və əyani vəsaitlər üzərində keçirilir. Təkmilləşdirmə kursu  tənəffüs üzvlərinin anatomiya və fiziologiyası, ASV ( invaziv və qeyri-invaziv ventilyasiya), ASV aparılan müasir aparatların işləmə prinsipi, tənəffüs üzvlərinin patologiyalarında ASV-n aparılma texnikası, bu patologiyalar zamanı düzgün taktikanın seçilməsi, ASV-n  tətbiqi zamanı baş verə biləcək ağırlaşmaların profilaktikası (təhlükəsiz ASV) kimi mövzuları əhatə edir. Kursun sonunda müdavimlər imtahandan keçirilərək və müvafiq sertifikatlarla təmin ediləcək. Qeyd etmək lazımdır ki, bu kursa muxtar respublikanın bütün tibb müəssisələrinin müvafiq ixtisaslı tibb bacıları və feldşerləri cəlb ediləcək. Bundan əvvəl Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində çalışan mamalar, laboratoriya tibb bacıları, peyvənd  tibb bacıları və qeydiyyatçılar artıq müvafiq kurslara cəlb edilmişlər.

“Vətən naminə” hərbi - idman oyunu

 

 

Gənclərə vətənpərvərlik hisslərinin aşılanması, muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəsissələrində  təhsil alan tələbələrin ordu sıralarında hərbi xidmətə hazırlanmasına köməklik göstərilməsi məqsədilə 21 may 2021-ci il tarixdə Naxçıvan Atıcılıq Mərkəzində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Vətən  naminə” hərbi - idman oyunu keçirilmişdir. “Vətən naminə” hərbi - idman oyunu  Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu, Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyası və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.

Yarışda Naxçıvan Tibb Kollecinin 8 oğlan və 7 qız tələbədən ibarət komandası iştirak etmiş, tələbələrimiz ikinci yerə layiq görülmüşdür.

Açıq birincilik

18.05.2021-ci il tarixdə Duzdağ – Fizioterapiya Mərkəzi yolunda   ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş  5 km kross qaçışı üzrə ali və orta ixtisas təhsili müəssisələrinin oğlan və qız tələbələri arasında Naxçıvan Muxtar Respublika Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublika Atletika Federasiyasının birgə təşkilatçılığı ilə  Naxçıvan Muxtar  Respublika açıq birinciliyi keçirilmişdir. Yarışın əsas məqsəd və vəzifələri Naxçıvan Muxtar Respublikasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünün qeyd edilməsi, yeniyetmə və gənclərin atletika idman növünə cəlb edilməsi, atletika idman növünün inkişaf etdirilməsi  və kütləviliyə nail olmaqdır. Yarış Beynəlxalq Atletika qaydalarına uyğun olaraq keçrilmişdir.

Yarışda  Naxçıvan Tibb Kollecinin 5 oğlan və 5 qız tələbədən ibarət komandası iştirak etmişdir.

Peyntbol yarışı

18.05.2021-ci il tarixdə  muxtar respublikanın Ali və orta ixtisas təhsili müəssisələrinin oğlanlardan ibarət komandaları arasında keçirilən peyntbol yarışı  Atıcılıq Mərkəzinin peyntbol arenasında reallaşıb. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Atıcılıq Federeasiyasının təşkil etdiyi birincilik gənclərə vətənpərvərlik ruhunun  aşılanması, asudə vaxtlarının idmanla dəyərləndirilməsi və atıcılıq idman növlərinin təbliği məqsədi ilə keçirilmişdir.

Yarışda Naxçıvan Tibb Kollecini təmsil edən beş tələbə və bir məşqçi – müəllimdən ibarət komanda üçüncü yerə layiq görülmüşdür. Qalib komandalara diplom, kubok və peyntbol mərmiləri təqdim edilmişdir.

 

Talassemiya xəstəliyi. İrsi qan xəstəliklərinin meydana çıxmasında qohum nikahların rolu

          Naxçıvan Tibb Kollecində 08.05.2021-ci il tarixdə “Beynəlxalq Talassemiya Günü” ilə əlaqədar “Talassemiya xəstəliyi. İrsi qan xəstəliklərinin meydana çıxmasında qohum nikahların rolu” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

      Tədbiri giriş sözü ilə açan kollecin direktoru Sona Məmmədova  sağlam həyat tərzinin təbliği məqsədilə elmi-praktik konfransların təşkil olunmasının gələcək nəslin sağlam və məlumatlı böyüməsinə zəmin yaratdığını bildirmişdir. O,  qeyd etmişdir ki,  yaxın qohum evlilikləri zamanı  xəstə uşaqların doğulma riski artır. Buna görə belə nikahlara yol verməmək tövsiyə olunur. O, bildirmişdir ki, talassemiya nəsildən-nəsilə keçən çox ağır irsi qan xəstəliyidir. Talassemiya xəstəliyinə düçar olan xəstələrə dövlət səviyyəsində qayğı göstərilir. "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında" qanun qəbul edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 18 yanvar tarixli müvafiq Qərarı ilə "Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı" təsdiq edilmişdir. Bu proqrama əsasən ilk növbədə hemofiliya və talassemiya xəstələrinin həyat tərzinin yaxşılaşdırılması və ömürlərinin uzadılması, onlara göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsi qarşıya məqsəd qoyulub. Eləcə də proqramda hemofiliya və talassemiyanın fəsadlarından əmələ gələn əlilliyin və ölüm hallarının azaldılması, bu fəsadların profilaktikasının təşkili və xəstə uşaqların doğulmasının qarşısının alınması sisteminin yaradılması yer alıb. Həmçinin qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasında talassemiyalı xəstələrin müayinə və müalicəsi üçün hər bir şərait yaradılmışdır. Naxçıvan Muxtar Respublika Xəstəxanasının Hematologiya şöbəsində talassemiyadan əziyyət çəkən xəstələrin müalicəsi üçün lazımi işlər görülüb, avadanlıqlar alınıb. Talassemiyalı xəstələrin müalicəsi gündüz stasionarı şəraitində həyata keçirilir. Gündüz stasionarında əsasən xəstələrə qan köçürülür. Xəstələrin digər müalicəsi evdə, həkimlərin təyinatı üzrə aparılır. Həmin şöbə ən yeni avadanlıqlarla təmin edilib. Xəstəxananın tərkibində Qan Bankı xəstələr üçün donor qanının tədarükü ilə məşğuldur.

          Sonra kollecin tələbələri  Zeynəb  Rzayeva “Qan haqqında məlumat”,  Könül  Tağıyeva   “Talassemiya nədir”,  Səma Xəlilzadə və Raifə Rüstəmova  “Kiçik betta talassemiya”, Aytac Rzayeva “ Talassemiyanın irsi xüsusiyyətləri haqqında”  mövzuları üzrə slaytlarla çıxış etmişlər.

Bizi sosial şəbəkələrdə izləyin