2 fevral - Azərbaycan Gənclər Günü

02.02.2022-ci ildə Naxçıvan Tibb Kollecində 2 fevral- Azərbaycan Gənclər Günü ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirmişdir ki, Azərbaycan gəncliyi ölkənin daxili ictimai-siyasi, həmçinin sosial-iqtisadi və digər sferalarında aktiv fəaliyyət göstərir, intellektual imkanları və kreativliyi ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir. Həmçinin qeyd etmişdir ki, Azərbaycan gəncliyi ölkəmizi beynəlxalq aləmdə də layiqincə təmsil edir, dövlətimiz haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq nümayiş etdirir. Məhz bütün bunlar gəncliyimiz üçün dövlətimiz tərəfindən yaradılmış əlverişli imkanlar, verilmiş mükəmməl təhsil və özünü təsdiqləmək üçün ideal məkan əsasında ərsəyə gəlmişdir.

          Kollecin metodisti Səidə Şahverdiyeva “Dövlətimizin Gənclər Siyasəti” mövzusunda çıxış edərək qeyd etişdir ki, Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti mövcuddur və indi həmin siyasət daha qətiyyətlə həyata keçirilir. Bu gün ölkəmizin hər yerində Azərbaycan gəncləri öz bayramlarını böyük uğurlarla qeyd edirlər. Ulu öndər gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi.

Kollecin tələbəsi Sunay Sultanova “Azərbaycan  gəncliyi” mövzusunda çıxış etmişdir.

Qanlı Yanvar Faciəsi

19.01.2022-ci ildə Naxçıvan Tibb Kollecində 20 Yanvar faciəsinin 32-ci il dönümünə həsr olunmuş tədbir keçirildi.

 Tədbiri kollecin direktoru Sona Məmmədova giriş sözü ilə açaraq bildirmişdir ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 32 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Sovet ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi.

Sonra kollecin müəllimi Aynur Sevdimalıyeva “20 Yanvar Faciəsi" mövzusunda çıxış edərək bildirmişdir ki, , 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməyib. Həmin gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazaraq, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açmışlar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.

Sonda 20 Yanvar faciəsinə aid video-çarx nümayiş etdirilmişdir.

 

 

Multikulturalizm Azərbaycanda

15 dekabr 2021-ci il tarixində Naxçıvan Tibb Kollecində  “Multikulturalizm Azərbaycanda” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirmişdir ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olmuş, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilmişdir. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır.

O qeyd etmişdir ki, Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir. Tarixi ənənələrə nəzər salsaq görərik ki, istər Səfəvilər dövləti, istər XIX-XX əsrlər maarifçilik dalğası, istərsə də Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə cəmləyən bu siyasi davranış XX əsrin sonlarında Ümummilli lider Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına çevrilmış, tolerantlıq və multikulturalizm ənənələri bərpa edilmişdir. Azərbaycan multikulturalizminin siyasi əsasları Azərbaycan Respublikasının Konstitusiyasının bəndlərində, qanunvericilik aktlarında, fərman və sərəncamlarda öz əksini tapmışdır.

Sonra kollecin kitabxana müdiri  Leyla Əliyeva  “Multikulturalizm və millətlərarası münasibətlərin inkişaf etdirilməsi”  və kollecin müəllimi Aynurə Sevdimalıyeva  “Multikulturalizmin elmi-nəzəri əsasları” mövzusunda çıxış edərək bildirmişlər ki, bu gün Azərbaycanda mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti ölkəmizi çoxmillətli, çoxkonfessiyalı diyar, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevirib. Azərbaycan dövləti multikultural ənənələr əsasında inkişaf edən zəngin milli-mədəni dəyərlərə malik bir ölkədir. Multikulturalizm Azərbaycan xalqının həyat tərzi olaraq, uzun illər ölkənin inkişafının stimullaşdırıcı siyasətidir. Xüsusilə qeyd etmək lazımdır ki, müstəqilliyin bərpasından sonra multikulturalizmin inkişafı üçün xüsusi dövlət dəstəyi gücləndirilib. Bu güclü dəstəyin yekun nəticəsidir ki, bu gün Azərbaycanda müxtəlif xalqların nümayəndələri qarşılıqlı dostluq və əməkdaşlıq şəraitində yaşayır, ölkənin inkişafında rol alırlar. Dövlət siyasəti və həyat tərzi olaraq ölkəmizdə multikultiralizmin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. İkinci dəfə hakimiyyətə qayıdışından sonra Heydər Əliyevin Azərbaycanı vətəndaş müharibəsindən qurtarması ilə yanaşı, ölkəmizdə mövcud olan bütün milli azlıqları vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirməsi bunun əsas göstəricisidir. Təbii, bu uğurlu multikultural xarici və daxili siyasətin nəticəsidir ki, həmin vaxtlardan etibarən bugünə qədər Azərbaycanda irqindən, dinindən, dilindən və milliyyətindən asılı olmayaraq bütün xalqlar rifah və firavanlıq içərisində yaşayır.

Qeyd etmişdirlər ki, Azərbaycan artıq bu gün sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində aparıcı ölkə statusunu qazanıb. Bu gün Azərbaycanda fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə fəaliyyəti də ölkəmizdə tolerantlığın daha güclü dayaqlara söykənməsinə xidmət edir. Azərbaycanın dövlət siyasətinə çevrilən multikulturalizm anlayışı təkcə ayrı-ayrı ölkələrdə deyil, bütövlükdə dünyada mədəni müxtəlifliyin qorunmasına və bu vasitə ilə ümumbəşəri harmoniya yaradılmasına, xalqların, fərqli din və mədəniyyətlərin qarşılıqlı faydalı əməkdaşlığına yönəldilmiş nəzəriyyədir. Ölkəmizdə multikulturalizm nəinki siyasi xətt olaraq, eyni zamanda, milli keyfiyyət kimi də təqdim olunmaqdadır.

Nəbatət bağı

Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin 2014-cü il 19 dekabr tarixli "Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında" Sərəncamına əsasən Naxçıvanda keçirilən "Muzey günləri" çərçivəsində 11 dekabr tarixində Naxçıvan Tibb Kolleci Nəbatət bağında  olmuşdular.

Badminton

12 noyabr 2021-ci il tarixdə  Naxçıvan DÖvlət Universitetinin İdman Kompleksində  Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra katibliyinin birgə təşkilatçılığı ilə  “10-17 noyabr – Beynəlxalq Tələbə Gənclər Həftəsi”nə həsr olunmuş ali və orta ixtisas təhsili müəssisələrinin qız tələbələri arasında badminton idman növü üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmişdir.

Yarışın keçirilmə məqsədləri  “10-17  noyabr – Beynəlxalq Tələbə Gənclər Həftəsi”mim qeyd olunması, muxtar respublikada badminton idman növünün inkişaf etdirilməsi, badminton idman növünün kütləıviliyinə nail olunması, gənclərin badminton idman növünə olan marağının artırılmasıdır.

Qaliblər təşkilatçılar tərəfindən diplom və qiyymətli hədiyyələrlə mükafatlandırılmışlar.

Diabet

12.11.2021 –ci il tarixdə Naxçıvan Tibb Kollecində   “14 noyabr Ümumdünya Diabet günüdür” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

  Tədbiri giriş sözü ilə kollecin direktoru  Sona Məmmədova  açaraq  bildirmişdir ki, Ümumdünya Diabet Gününün keçirilməsi ilə bağlı təklif Beynəlxalq Diabet Federasiyası və ÜST tərəfindən dünyada diabet hallarının yüksəlməsinin qarşısını almaq məqsədilə 1991-ci ildə irəli sürülüb. O vaxtdan etibarən hər il 14 noyabr Ümumdünya Diabet Günü kimi qeyd olunur. 2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən şəkərli diabet "ağır xroniki xəstəlik" kimi səciyyələndirib və 2007-ci ildən etibarən hər il noyabrın 14-ü BMT-nin Ümumdünya Diabet Günü kimi hesab olunur. Bu qətnamənin əsasında dövlətlər ilk dəfə olaraq, qeyri-infeksion xəstəlik olan diabeti dünya miqyasında sağlamlığa ciddi təhlükə mənbəyi sayaraq, İİV/QİÇS, vərəm, malyariya kimi infeksion xəstəliklərlə eyni səviyyədə qəbul etdilər. Qətnamə BMT-yə üzv dövlətləri bu günü təsdiq etməyə, həmçinin bütün millətləri diabetin qarşısını almaq və müalicə etmək üçün milli siyasət oriyentasiyasını hazırlamağa dəvət edir. Ümumdünya Diabet Gününün emblemi olan mavi dairə şəkərli diabet ətrafında hamının birləşməsini simvolizə edir. Bu tarix hər il məşhur Kanada fizioloqu Frederik Bantinqin doğum günündə qeyd olunur. Frederik Bantinq professor Con Makleodla birlikdə insulin hormonunu kəşf edib və həmin kəşfə görə Nobel mükafatına layiq görülüb. Bu günün qeyd olunmasında məqsəd diabetlə bağlı qlobal məlumatlılığı artırmaq və bu xəstəliyin inkişafının qarşısını almağın yollarını axtarmaqdır. Həmçinin bu günün qeyd edilməsi ictimaiyyətin diqqətini dünya miqyasında sağlamlığa ciddi təhlükə mənbəyi sayılan diabetə yönəltməyə və onun qarşısını almaq istiqamətində səyləri birləşdirməyə şərait yaradır. Diabetə qarşı görülən işlərin hüquqi bazası olaraq “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə “Şəkərli diabet üzrə Dövlət Proqramı”ı təsdiq edilib.

 Qeyd etmişdir ki, milyonlarla insanı bir yerə toplayan Ümumdünya Diabet günü 160-dan çox ölkə ilə yanaşı, muxtar respublikada da qeyd edilir. Diabet xəstəliyi ilə əlaqədar muxtar respublikada mühüm işlər görülür. Belə ki, diabetli xəstələr qlükometr aparatı, testlər və müvafiq şəkərsalıcı preparatlarla təmin edilir. Diabetli xəstələrə kömək məqsədi ilə həyata keçirilən Dövlət proqramları çərçivəsində hər il belə xəstələrə dərmanların pulsuz verilməsi üçün büdcədən xeyli miqdarda vəsait ayrılır.

Sonra Naxçıvan Tibb Kollecinin şöbə müdiri Sahibə Quliyeva “Uşaqlarda şəkərli diabet” mövzusunda çıxış edərək  bildirmişdir ki,  şəkərli diabet endokrin sisteminin xəstəliyi olub karbohidrat mübadiləsini pozulması nəticəsində baş verir. Hər il bu xəstəliyin sayının artması, ağırlaşmaları nəticəsində xeyli  sayda uşaqlar həyatını ititrir. Şəkərli diabet böyüklərdən fərqli olaraq uşaqlarda daha ağır gedişə malik olur, uşağın əmək qabiliyyətli, dərs qabiliyyətinin azalmasına, ciddi ağırlaşmalara səbəb olur.

Dövlətimiz tərəfindən şəkərli diabetli uşaqlara diqqət və qayğı həmişə  ön planda olub.

Tədbirin sonunda müzakirələr aparılmış, tələbələri  maraqlandıran suallar cavablandırılmışdır

"Tələbə Kuboku" uğrunda mini futbol

10 noyabr 2021- ci il tarixdə Naaxçıvan Muxtar Respublikasının  Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Yeni Azərbaycan Partiyası, Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi rəhbərliyinin birgə təşkiatçılğı ilə   “10-17 Noyabr – Beynəlxalq Tələbə Gənclər Həftəsi “ nə həsr olunmuş “Tələbə Kuboku” uğrunda ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında mini futbol üzrə  Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmişdir.

Birinciliyin keçriliməsində məqsəd  “10-17 Noyabr – Beynəlxalq  Tələbə Gənclər Həftəsi”nin qeyd olunması, muxtar respublikada mini futbol idman növünün inkişaf etdirilməsi, mini futbol idman növünün kütləviliyinə nail olunması, gənclərin mini futbol idman növünə olan marağının dahada artırılmasıdır.

Yarışda Naxçıvan Tibb Kollecinin komandası  iştirak etmiş, II yerə layiq görülmüşdür.

Qaliblər təşkilatçılar tərəfindən diplom, kubok və qiymətli  hədiyyələrlə mükafatlandırılmışdır.

Zəfər düşərgəsi

19-24 oktyabr 2021-ci il tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondu, Türkiyə Respublikasının Gənclər Vakfı (TUGVA) və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə Türkiyənin Qaziantep şəhərində  “Azərbaycan və Türkiyə gənclərinin 2-ci Zəfər Düşərgəsi” həyata keçirilmişdir.

 

 

 

Düşərgənin təşkil edilməsində əsas məqsəd muzəffər Ali Baş Komandanın rəhbərliyi altında Ordumuzun Qarabağ zəfərini qeyd etmək, hər iki ölkə arasında mövcud dostluq və qardaşlığın sıx bağlar yaradaraq daha da möhkəmləndirilməsidir.

                Düşərgə müddətində iştirakçılar iki ölkənin ortaq mədəniyyətinin öyrənilməsi, tarixi haqqında maaarifləndirilməsi ilə əlaqədar Urfa şəhərinə, Qaziantepin müxtəlif tarixi abidələrinə və turizm məkanlarına səfər etmiş, asudə vaxtlarını səmərəli keçirmək məqsədi  ilə müxtəlif əyləncəli oyunlara, intellektual yarışlara və şəxsi  inkişafla bağlı təlimlərə cəlb olunmuşlar.

Düşərgədə Naxçıvan Tibb Kollecinin  iki tələbəsi iştirak etmişdir.

Ernest Hemenquey "Qoca və dəniz"

       

         26 oktyabr 2021-ci il tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika  Kitabxanası tərəfindən Naxçıvan Tibb Kollecində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilən və gənc nəsildə vətənpərvərliyin, milli kökə bağlılığın formalaşmasına xidmət edən  “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil edilən Ernest  Heminqueyin “Qoca və Dəniz” əsərinin müzakirəsi keçirilmişdir.  Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd etmişdir ki, “Qoca və dəniz” əsəri Ernest Heminqueyin dünya şöhrətli əsəridir. Bu əsər yazıçıya Nobel mükafatı qazanıdrmışdır.

          Sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının ümumi oxu zalının müdiri Vəsilə Cəfərova “XX əsrin görkəmli Amerika yazıçısı Ernest Heminquey”, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kitabxanaçısı  Surə Vəliyeva “ “Qoca və dəniz” əsərində oxucuya çatdırılan müsbət keyfiyyətlər” və Naxçıvan Tibb Kollecinin III kurs tələbəsi Günay Zeyniyeva “ “Qoca və dəniz əsərinin qısa təhlili” adlı mövzularla çıxış. Ernest Heminqueyin oxucaya aşılamaq istədiyi idea ondan ibarətdir ki, insan üz-üzə qaldığı məğlubiyyətin labüd olduğunu bilə-bilə mətanətlə döyüşdüyü anlarda ən qüdrətli olur. Daha sonra mövzu ətrafında müzakirələr olmuş, Naxçıvan Tibb Kollecin tələblərindən Vəfa Orucova, Şəhanə Səmədova və Aysu Məmmədli əsər haqqında öz fikirlərini bildirmişlər.

 

"Poliqon" Strateji İntellekt Oyunu üzrə IV Universiada

               

                 21 oktyabr 2021ci il tarixdə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən “Poliqon” Strateji İntellekt Oyunu üzrə IV Universiadanın Naxçıvan Muxtar Respublikası üzrə seçim mərhələsi Naxçıvan Tibb Kollecinin iclas zalında keçirilmişdir.

              Oyunun keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını situmullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək, eləcə də intellektual oyunların kütləviliyini təmin etmək, Azərbaycanın zəngin milli mədəniyyəötini və tarixini təbliğ etməkdən ibarətdir.

                Oyunda I, II, III yerləri tutmuş komandalar təşkilatçılar tərəfindən kubok, diplom, fəxri  fərman, oxuması zəruri olan kitablar, həmçinin dünya ədəbiyyatı və Azərbaycan ədəbiyyatının nümunələri ilə təltif olunmuşlar.

Bizi sosial şəbəkələrdə izləyin